Sumqayıtda qumarxana aşkar edildi

Sumqayıtda qumarxana aşkar edildi
Bütün Xəbərlər
13:41 31.10.2012
1020

Sumqayıtda qumarxana və qanunsuz totalizator oyunları təşkil edildiyi obyekt aşkar edilib.

ANS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sumqayıt şəhəri ərazisində, şəhər sakini Şamil Quliyevin icarəyə götürdüyü müəssisədə qumarxana və qanunsuz totalizator oyunlarını təşkil etməsi müəyyən edilib. Qumarxanaya baxış zamanı 8 ədəd kompüter dəsti, 3 ədəd noutbuk, 158 manat uduşa qoyulmuş pul, 200 ədəd hesab kuponu və digər əşyalar aşkar edilərək götürülüb.

OXŞAR XƏBƏRLƏR