Sumqayıtda radio binası qarət olundu

Sumqayıtda radio binası qarət olundu
Bütün Xəbərlər
07:43 09.10.2012
763
Sumqayıtda qəribə oğurluq hadisəsi baş verib. Oğurluq faktı şəhərin Heydər Əliyev prospektində internetlə yayımlanan “Radiomor”un ofisində qeydə alınıb. Oğurluğa gələn şəxs və ya şəxslər içəri radionun yerləşdiyi ofisin arxa tərəfində olan pəncərinin dəmir barmaqlıqlarını xüsusi alətlə sındırmaqla içəri daxil olublar. Nəticədə radioya məxsus texniki avadanlıqlar - bir neçə kompüter və səsyazma aparatları oğurlanıb.Radio sahibinin dediyinə görə, qarətçilər ofisə gecə saatlarında giriblər. Onlar hadisədən xəbər tutanda isə artıq gec olub. Şirkət rəhbəri Mikayıl Abdullayev bildirdi ki, baş vermiş hadisə nəticəsində onlara təxminən 5 min manata yaxın maddi ziyan dəyib. “5 min manatadək maddi ziyan dəyib. Radionun əsas serveri burda yerləşirdi. Bütün arxiv şəkilləri video görüntülərin hamisi oğurlanıb”.
OXŞAR XƏBƏRLƏR