Sumqayıtda sərnişin avtobusu qəza törətdi: xəsarət alanlar var

Sumqayıtda sərnişin avtobusu qəza törətdi: xəsarət alanlar var
Bütün Xəbərlər
13:16 27.03.2014
602
Sumqayıtda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Sumqayıt Şəhər Polis İdarəsindən AZXEBER.COM-a verilən məlumata görə, hadisə şəhərdəki daş bazarı kimi tanınan ərazidə qeydə alınıb.
Belə ki, 7 saylı sərnişin avtobusunun sürücüsü idarəetməni itirərək maşınını yolun kənarında dayanan minik avtomobilinə vurub.
Nəticədə hər iki avtomobil əzilib. Sərnişin avtobusunda olan bir neçə sərnişin isə müxtəlif dərəcəli bədən xəsarəti alıblar.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR