Sumqayıtda sevgilisinə 26 bıçaq zərbəsi vuran oğlan tutuldu

Sumqayıtda sevgilisinə 26 bıçaq zərbəsi vuran oğlan tutuldu
Bütün Xəbərlər
13:55 25.01.2016
1752
Salayeva hadisə yerində ölüb.
Sumqayıtda qətl törədib hadisə yerindən qaçan şəxs saxlanılıb.
AZXEBER.COM-un DİN-in saytına istinadən verdiyi məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə yanvarın 22-də Sumqayıt şəhər sakini Səbinə Salayevanı bıçaqla qətlə yetirib hadisə yerini tərk etmiş Cəfər Ağayev tutulub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Sumqayıt şəhərinin Corat qəsəbəsində yaşayan 24 yaşlı Səbinə Salayeva yanvarın 22-də evində qətlə yetirilib.
Sonradan onun Bakı şəhər sakini, tanışı, əvvəllər məhkum olunmuş Cəfər Ağayev tərəfindən münaqişə zəminində öldürüldüyü məlum olub.
Ona bıçaqla çoxsaylı xəsarətlər yetirən C. Ağayev hadisə yerini tərk edib.
S. Salayeva hadisə yerində ölüb.
OXŞAR XƏBƏRLƏR