Sumqayıtda söyüş cinayətə səbəb oldu

Sumqayıtda söyüş cinayətə səbəb oldu
Bütün Xəbərlər
11:49 06.05.2014
1112

6-cı mikrorayonda iki gəncin davası qanlı cinayətə səbəb olub

Sumqayıtda iki gəncin davası qanlı cinayətlə nəticələnib. Sumqayıt şəhər Prokurorluğunun müstəntiiq Feyzulla Qasımovun ANS PRESS-ə verdiyi məlumata görə, may ayının 5-də 6-cı mikrorayon ərazisində düşən davada bir gənc həmkəndlisini öldürüb.Belə ki, 23 yaşlı Pərvin Məhəmməd oğlu Əhmədov 24 yaşlı Bəhram Tahir oğlu Məmmədovla dava salıb. Dava zamanı Pərvin Əhmədov Bəhram Məmmədovu döyüb. Daha sonra Bəhram Məmmədova bir neçə bıçaq zərbəsi vurub.Hadisə nəticəsində hadisəni törədən şəxs saxlanılıb. O, verdiyi ifadədə bildirib ki, dava şəxsi münasibətlər zəmnində düşüb. Dava zamanı B.Məmmədov söyüş söyüb. Ona görə də, onu bıçaqlayıb.Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
OXŞAR XƏBƏRLƏR