Sumqayıtda turşu sirkəsi içən qadın ölüb

Sumqayıtda turşu sirkəsi içən qadın ölüb
HADİSƏ
15:49 21.03.2025
211
Sumqayıtda bilməyərəkdən sirkə turşusu içən 72 yaşlı qadın həyatını itirib.

"Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 1-ci mikrorayonunda qeydə alınıb.

1953-cü il təvəllüdlü Toyxanım Nağıyevanın meyiti oğlunun yaşadığı evdə aşkarlanıb.

Onun ehtiyatsızlıq nəticəsində sirkə turşusu içdiyi bildirilir.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR