Sumqayıtda veb layihələr sərgisi keçiriləcək

GƏNCLİK
13:43 21.08.2014
1711

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi  ilə Sumqayıt şəhərində “Veb layihələr sərgisi” layihəsinin icrasına başlanılıb.

 Layihənin rəhbəri Ağasəlim Məmmədov mətbuata açıqlamasında bildirib ki, “Veb layihələr sərgisi” layihəsini həyata keçirməkdə məqsəd gənclərin innovativ ideyalarına dəstək olmaq, gənc ikt mütəxəssislərinin üzə çıxarılmasına, özlərini cəmiyyətə təqdim etməsinə nail olmaqdır. Eyni zamanda gənclərin ikt sektoruna meyl etməsinə, gənc ikt mütəxəssislərinin stimullaşdırmağa çalışmaqdır.

Layihə çərçivəsində ikt layihələrinin təqdimat- sərgisi təşkil olunacaq. Ekspertlərin, gənc mütəxəssislərin iştirak edəcəyi veb layihələr sərgisində layihələrlə bağlı fikir mübadiləsi aparacaq.

OXŞAR XƏBƏRLƏR