Sumqayıtda ‘Xocalı faciəsinə’ həsr olunmuş xatirə tədbiri keçirildi - FOTOLAR

Sumqayıtda ‘Xocalı faciəsinə’ həsr olunmuş xatirə tədbiri keçirildi -  FOTOLAR
GƏNCLİK
11:55 22.02.2014
1846

Sumqayıt şəhər Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi “Xocalı faciəsinə” həsr olunmuş xatirə tədbiri keçirilib.

AZXEBER.COM-unməlumatına görə, YAP Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin təşəbbüsü ilə keçirilən tədbirdə Sumqayıt Gənclər İdman Baş idarəsinin rəisi Musa Həsənov, YAP Sumqayıt şəhər təşkilatının gənclərlə iş üzrə sədrin müavini Elmar Xəlilov, YAP Sumqayıt Şəhər təşkilatı İdarə heyətinin üzvü Ceyhun Məmmədov, YAP Sumqayıt Şəhər təşkilatı Gənclər Birliyinin sədri Elmar Məmmədov və Sumqayıt şəhərinin bir sıra idarə və müəssisələrində çalışan və hakim partiyanın işində fəallıq göstərən gənclər iştirak ediblər.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra tədbiri giriş sözü ilə açan YAP Sumqayıt Şəhər təşkilatı Gənclər Birliyinin sədri Elmar Məmmədov ermənilər tərəfindən Azərbaycana qarşı törədilmiş terrorçuluq əməlləri və insanlığa qarşı cinayət olan Xocalı faciəsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. “Xocalıya Ədalət” kampaniyası çərçivəsində il ərzində silsilə tədbirlərin davam etdiriləcəyini bildirib və sənədli film nümayiş olunub.

Məruzə üçün söz YAP Sumqayıt Şəhər təşkilatı Gənclər Birliyinin sədri Elmar Məmmədova verilib. O, çıxışında bildirib ki, Azərbaycan xalqının soyqırıma məruz qaldığını dünyanın hər tərəfində yaşayan insanlara daha geniş şəkildə çatdırmaq və bütün dünyanın Xocalı soyqrımını bilməsi üçün hər yerdə konfranslar və tədbirlər təşkil edilir. Elmar Məmmədov gəncləri tariximizə sahib çıxmağa, sosial şəbəkədə, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılmasının vacibliyini qeyd edib.

Çıxış üçün söz YAP Sumqayıt Şəhər təşkilatı İdarə heyətinin üzvü GİBİ rəisi Musa Həsənova verilib. O, çıxış edərək tədbir iştirakçılarına faktlar əsasında ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırım, etnik təmizləmə, vandalizm, əsir, girov və itkinlərlə bağlı həqiqətləri çatdırıb. Xocalı soyqırımını 20-ci əsrin ən böyük vəhşiliklərindən və hərbi cinayətlərindən birincisi adlandırıb. Musa Həsənova bildirib ki, soyıqırmın dünyada rəsmən tanıdılması üçün işlərin genişləndirilməsi və sürətləndirilməsi vacibdir.

Daha sonra YAP Sumqayıt şəhər təşkilatının şöbə müdiri Vəzirxan Ənsərov,YAP Sumqayıt GB üzvləri Elvin Məmmədzadə, Gülbacı Məmmədzadə, Amal Əsgərov,Pərzad İsmayılova Xocalı soyqırımının 20-ci əsrdə insanlığa qarşı törədilmiş ən qəddar və ən dəhşətli cinayətlətlərdən danışıblar.

Yekun söz YAP Sumqayıt şəhər təşkilatının gənclərlə iş üzrə sədrin müavini Elmar Xəlilov verilib. O, ermənilərin 21 il əvvəl dinc azərbaycanlılara qarşı qətliam törətdiklərini, Xocalı faciəsinin insanlığa qarşı edilmiş bir cinayət olduğunu və bu cinayəti törədənlərin ədalət qarşısında cavab vermələrinin vacibliyini qeyd etmiş, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Tədbirin sonunda “Xocalıya ədalə” adı altında fləşmob keçirilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
16:46 16.10.2026
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
16:37 16.10.2026
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
16:34 16.10.2026
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
16:11 16.10.2026
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
16:11 16.10.2026
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
15:54 16.10.2026
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
15:31 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
Bakının bu rayonunda 30 bina söküləcək
15:26 16.10.2026
Bakının bu rayonunda 30 bina söküləcək
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
15:11 16.10.2026
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
15:08 16.10.2026
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
15:07 16.10.2026
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
14:52 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
14:50 16.10.2026
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
14:47 16.10.2026
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
14:12 16.10.2026
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
14:09 16.10.2026
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib