"Sumqayıtdakı zavodda qumbara aşkar edilib" - FHN

"Sumqayıtdakı zavodda qumbara aşkar edilib" - FHN
Bütün Xəbərlər
17:40 27.11.2013
943

Sumqayıtda "Etilen-Polietilen" zavodunda "F-1" qumbarası aşkar edilib.

AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, "Azərikimya" İstehsalat Birliyinin "Etilen-Polietilen" zavodunda döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub.

Nazirliyin müvafiq qurumlarının aidiyyəti bölmələri hadisə yerinə cəlb olunub və hazırda istifadəyə yararlı vəziyyətdə olan bir ədəd "F-1" markalı əl qumbarası müvafiq qaydada mütəxəssislər tərəfindən zərərsizləşdirilib. Xilasedicilər hüquq mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və başqa şübhəli əşya aşkar etməyiblər.

OXŞAR XƏBƏRLƏR