Sumqayıtın su boruları dəyişdirilir

Sumqayıtın su boruları dəyişdirilir
Bütün Xəbərlər
10:30 31.03.2012
1118

Magistral xətt istismara verildikdən sonra 17-ci, 18-ci mikrorayonların, 42-ci məhəllənin, habelə Corat qəsəbəsinin su təchizatı yaxşılaşacaq

"Azərsu" ASC Sumqayıt şəhərinin böyük hissəsini içməli su ilə təmin edən magistral su xəttinin bir hissəsinin dəyişdirilməsinə başlayıb. “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, Ceyranbatan su anbarından Sumqayıtı içməli su ilə təmin edən su kəmərinin 684 metr uzunluğunda olan bir hissəsi korroziyaya məruz qalıb ki, nəticədə vaxtaşırı su itkisi yaranırdı. Hazırda bu metal borular polietilen borularla əvəz edilir". Magistral xətt istismara verildikdən sonra 17-ci, 18-ci mikrorayonların, 42-ci məhəllənin, habelə Corat qəsəbəsinin su təchizatı yaxşılaşacaq. Ümumilikdə, bu dəyişikliklər 33 mindən çox insanı əhatə edəcək. Tədbirlər planına əsasən, tikinti-quraşdırma işlərinin aprelin əvvəlində başa çatdırılması planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR