Süni intellekt insanları pis əməllərə sövq edə bilərmi? - AÇIQLAMA

Süni intellekt insanları pis əməllərə sövq edə bilərmi? - AÇIQLAMA
SOSİAL
18:10 29.10.2025
131

Son illərdə süni intellektin insanların gündəlik həyatında rolu getdikcə artıb. Xüsusilə psixoloji dəstək və məsləhət məqsədilə istifadə olunan süni intellektlə bağlı müxtəlif müzakirələr ortaya çıxır. Open Al araşdırması nəticəsində məlum olub ki, süni intellektlə həftədə 2 milyondan çox insan intiharla bağlı söhbətlər aparır. Bu yaxınlarda Amerikada da yeniyetmənin ölümü ilə bağlı ailə ChatGPT-ni günahkar sayıb.

Maraqlıdır ki, həqiqətən də süni intellekt insanları pis əməllərə yönləndirə bilərmi?

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli bu barədə Patrulaz.az-a açıqlamasında bildirib ki, süni intellekt yalnız mövcud situasiyaya uyğun məsləhət verən vasitədir və insanı intihara sövq etmir:

"Düşünürəm ki, süni intellekt heç bir halda həkim, psixoloq və ya insanın ən yaxın dostu ola bilməz. Təbii ki, bunu süni intellekti istifadə edən ağıllı insanlar dərk edirlər. Süni intellekt yalnız mövcud situasiyaya uyğun olaraq insanlara yol göstərən bir vasitədir. Təəssüf ki, biz bunun şahidi oluruq ki, insanlar süni intellektə aludə olurlar və son zamanlar bəzi insanlarda süni intellektin təsiri daha çox ön plana çıxır. Bu çox təəssüfləndirici bir məqamdır.

Düşünürəm ki, həm də psixoloji bir problemdir ki, insanlar artıq səmimi ünsiyyəti süni intellektə qurban verirlər. Təbii ki, insan çətin vəziyyətdə olanda öz problemini ChatGPT vasitəsilə paylaşır və onun göstərdiyi yolları da nəzərdən keçirir. Belə hallar çoxdur və xüsusən intiharlarla bağlı məsələlərdə deyə bilərəm ki, süni intellekt insanı intihara sövq etmir. O yalnız mövcud situasiyaya uyğun öz məsləhətini verir və pis niyyətlə verilmiş sorğulara heç bir halda dəstək xarakterli məlumatlar təqdim etmir”.

media-hacibey-heyderli

Ekspertin sözlərinə görə, ChatGPT-lə intihara dair söhbətlər edənlər süni intellekti günahlandırmamalıdır, çünki o yalnız insanların sorğularını əks etdirir:

"Təəssüf ki, intihar halları, psixoloji gərginlik və depressiya bu gün dünyamızda çox geniş yayılmış bir problemdir və demək olar ki, dünya əhalisinin əziyyət çəkdiyi mövzulardan biridir. Süni intellektə bu məsələlərlə bağlı müraciətlər olması tamamilə normaldır. Yəni, süni intellekt olmadığı dövrdə də intiharlar mövcud idi. Amma bu gün artıq hər hansı mövzunu süni intellekt üzərinə atmaq düzgün deyil. Süni intellekt yalnız insanların güzgüsüdür. Cəmiyyət hansı mövzulardan maraqlanırsa, süni intellekt də həmin mövzularda suallar alır və cavab verir. Bu cavablar çox vaxt sonda neqativ halları ortaya çıxara bilər”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
18:51 27.10.2026
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
Marsol Group və Dövlət Məşğulluq Agentliyi arasında işgüzar görüş keçirildi -FOTOLAR
18:34 27.10.2026
Marsol Group və Dövlət Məşğulluq Agentliyi arasında işgüzar görüş keçirildi -FOTOLAR
Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır
18:23 27.10.2026
Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır
Moskvanın üç hava limanında məhdudiyyətlər tətbiq olunub
18:23 27.10.2026
Moskvanın üç hava limanında məhdudiyyətlər tətbiq olunub
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
18:10 27.10.2026
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
17:55 27.10.2026
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
17:51 27.10.2026
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
17:51 27.10.2026
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
17:48 27.10.2026
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
17:44 27.10.2026
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
17:41 27.10.2026
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
17:40 27.10.2026
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
17:39 27.10.2026
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
17:34 27.10.2026
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
17:25 27.10.2026
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
17:22 27.10.2026
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika