"Süni intellekt strategiyası sahibkarlara yeni biznes imkanları yaradacaq"

"Süni intellekt strategiyası sahibkarlara yeni biznes imkanları yaradacaq"
ÖZƏL
17:16 24.03.2025
4622
Xəbər verdiyimiz kimi, Azərbaycanın 2025-2028-ci illər üçün süni intellekt Strategiyası təsdiqlənib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamın imzalanmasında məqsəd Azərbaycanda süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, süni intellekt üzrə informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini, infrastrukturunun əlçatanlığını təmin etmək, habelə ixtisaslı kadr potensialını gücləndirməkdir. 

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət orqanlarında (qurumlarında) süni intellektin tətbiq edildiyi sahələrdə informasiya təhlükəsizliyi risklərinin təhlilini həyata keçirəcək, o cümlədən dövlət orqanlarında (qurumlarında) süni intellektlə bağlı informasiya təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görəcək.

Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.

Təsdiqlənmiş strategiya haqda AZXEBER.COM-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev bunun ölkədə süni intellektin inkişafını sürətləndirmək məqsədi daşıdığını bildirib:

 

"Prezident İlham Əliyev 2025–2028-ci illər üçün "Azərbaycan Respublikasının Süni İntellekt Strategiyası"nı təsdiqləyib. Bu strategiya, ölkədə süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatları təşviq etmək, müasir texnologiyaların tətbiqini genişləndirmək və ixtisaslı kadr potensialını gücləndirmək məqsədini daşıyır. Strategiya çərçivəsində süni intellektin idarə edilməsi, etik qaydaların yaradılması və fərdi məlumatların mühafizəsi kimi məsələlərə xüsusi diqqət yetirilir.

Dünyada bir çox ölkədə artıq süni intellekt strategiyası qəbul edilib. Məsələn, ABŞ, Çin, Avropa İttifaqı və Yaponiya kimi ölkələr süni intellektin inkişafı üçün milli strategiyalar hazırlayıb və bu sahədə böyük investisiyalar həyata keçirir. Bu strategiyalar əsasən texnologiyanın inkişafı, etik qaydaların müəyyən edilməsi və iqtisadiyyatın müxtəlif sahələrində süni intellektin tətbiqini əhatə edir".

Süni intellektin inkişafı rəqabət qabiliyyətini artırmaq üçün mühüm bir addımdır deyən millət vəkili bu strategiyanın faydalarının çoxşaxəli olduğunu vurğulayıb:

"Azərbaycan üçün bu strategiyanın faydaları çoxşaxəlidir. Süni intellektin inkişafı, ölkənin iqtisadiyyatını şaxələndirmək, innovativ texnologiyaların tətbiqini genişləndirmək və rəqabət qabiliyyətini artırmaq üçün mühüm bir addımdır. Bundan əlavə, süni intellektin səhiyyə, təhsil, kənd təsərrüfatı və nəqliyyat kimi sahələrdə tətbiqi, əhalinin həyat keyfiyyətini yüksəltməyə və dövlət idarəçiliyini daha effektiv etməyə imkan yaradacaq".
 
Süni intellekt strategiyasının iqtisadi baxımdan hansı tövhələr verəcəyi haqda AZXEBER.COM-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov bunları deyib: 

"Hər bir strategiyanın (eləcə də dövlət proqramların) əsas hissəsini tədbirlər planı təşkil edir. Bu planda tədbirlərin daha hədəfyönümlü olduğu üçün tədbir sayı 14-ə bərabərdir. Dövlət qurumları arasında daha çox əsas icraçı funksiya RİİN-a aiddir. Digər əsas icraşılar isə NK, İN və ETN-dir.  Digər icraçı qurumların sayı isə 5-dir. 


Hesab edirəm ki, "digər icraçı” kimi daha bir neçə qurumu əlavə etmək olardı. Məsələn, 8.4.2-ci tədbirdə İKZF-ni əlavə etmək effektivliyi daha da artırmış olardı. Belə ki, 8.4.2-ci tədbir ölkədə süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi, zəmanət və digər dəstək mexanizmlərinin tətbiq dairəsinin genişləndirilməsinə aiddir.  Hazırda bu fonda sahibkarlığa yönəlik zəmanət mexanizmləri də mövcuddur. Bu strategiya çərçivəsində yeni zəmanət mexanizminin gercəkləşməsində İKZF önəmli rol oynaya bilər".

Süni intellekt strategiyasının sahibkarlara yeni biznes imkanları yarada biləcəyindən danışan iqtisadçı belə davam edib:
 
"Ümumilikdə isə bu strategiya sahibkarlar üçün dövlətin sektoral dəstəyi, sahibkarlara yeni biznes imkanları yarada bilər. Ölkə iqtisadiyyat üçün sektorların prioritetləşdirilməsi iqtisadi inkişafı sürətləndirə bilər. Qeyri-iqtisadi sahələr üçün isə effektiv idarəetməyə xidmət etmiş olar.
 
Həmçinin beynəlxalq aləmdə ölkənin nüfuzunu gücləndirilməsinə, məlumat təhlükəsizliyinin təminatına, sözügedən istiqamət üzrə kadr potensialının formalaşmasına və digər istiqamətlərə öz müsbət töhfəsini verə biləcəyini düşünürəm".
 
Günel Hüseynli

Yazı Medianın İnkişafı Agentliyinin "informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi" mövzusunda dərc edilib.

 


 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zəfərə aparan yol: Milli iradənin, birliyin və dövlət qüdrətinin təntənəsi
20:27 08.11.2026
Zəfərə aparan yol: Milli iradənin, birliyin və dövlət qüdrətinin təntənəsi
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
20:19 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - Yenilənib
20:02 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - Yenilənib
Misirdə iki qatar toqquşub, 140 nəfər xəsarət alıb
19:53 08.11.2026
Misirdə iki qatar toqquşub, 140 nəfər xəsarət alıb
Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
19:42 08.11.2026
Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Premyer Liqa: "Sabah" "Şamaxı" ilə oyunda xal itirib
19:40 08.11.2026
Premyer Liqa: "Sabah" "Şamaxı" ilə oyunda xal itirib
Şəhid Namiq Quliyevin əziz xatirəsində həsr olunmuş anım tədbiri keçirilib - FOTOLAR
19:35 08.11.2026
Şəhid Namiq Quliyevin əziz xatirəsində həsr olunmuş anım tədbiri keçirilib - FOTOLAR
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında Türkiyə lideri ilə görüşünə dair paylaşım olunub
19:27 08.11.2026
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında Türkiyə lideri ilə görüşünə dair paylaşım olunub
"Fənərbağça" səfərdə rəqibini darmadağın etdi
19:16 08.11.2026
"Fənərbağça" səfərdə rəqibini darmadağın etdi
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:07 08.11.2026
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
18:55 08.11.2026
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi