"Süni intellekt TDT ölkələri üçün də prioritet sahələrdəndir" - Hacıbəy Heydərli

"Süni intellekt TDT ölkələri üçün də prioritet sahələrdəndir" - Hacıbəy Heydərli
MEDİA
16:43 09.10.2025
242
Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 12-ci Zirvə görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxış edərək həm regiondakı geosiyasi vəziyyətə, həm də gələcəyin texnoloji çağırışlarına diqqət çəkib. Tokayev vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında əldə olunmuş sülh razılaşması region üçün mühüm əhəmiyyət kəsb edir və bu addım məmnunluqla qarşılanır. O, eyni zamanda TDT çərçivəsində ölkələr arasında əməkdaşlığın ilbəil gücləndiyini qeyd edib və maliyyə nazirlərinin yaxın günlərdə görüşünün planlaşdırıldığını bildirib.

Qazaxıstan prezidentinin çıxışında xüsusi olaraq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Orta Avrasiya regionunda strateji əhəmiyyətinə toxunulub. O, bu marşrutun ölkələr arasında iqtisadi əlaqələrin genişlənməsində mühüm rol oynadığını qeyd edib. Lakin çıxışın ən diqqətçəkən məqamı süni intellektin TDT gündəliyinə daxil edilməsi olub. Tokayev bildirib ki, süni intellekt artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilib və onun təsiri demək olar ki, bütün sahələrdə görünür. Bu səbəbdən növbəti TDT konfransının əsas mövzusunun məhz süni intellekt olmasının vacibliyini vurğulayan prezident, üzv ölkələrin bu sahədə əməkdaşlığının genişləndirilməsinin regionun gələcək inkişafı üçün həlledici olacağını qeyd edib. 

Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvü Hacıbəy Heydərli "Sherg.az”a açıqlamasında deyib ki, Kasım-Jomart Tokayevin süni intellektlə bağlı çağırışı, əslində, Türk Dövlətləri Təşkilatı (TDT) üçün yeni bir inkişaf mərhələsinin başlanğıcı ola bilər. Çünki süni intellekt artıq yalnız texnoloji məsələ deyil - o, iqtisadi, təhlükəsizlik, informasiya və mədəni sferaları da formalaşdırır: 
 
"TDT ölkələri üçün də süni intellekt prioritet sahələrdəndir.  Bu ölkələr arasında birgə "Türk Süni İntellekt Mərkəzi”nin yaradılması məqsədəuyğundur.  Burada üzv ölkələrin alimləri, İT mütəxəssisləri, startapları və dövlət qurumları birgə layihələr həyata keçirə bilər. Mərkəz məlumat mübadiləsini, elmi tədqiqatları və texnoloji transferi koordinasiya edə bilər. Bundan başqa "Türk Universitetləri Alyansı” çərçivəsində süni intellekt ixtisası üzrə ortaq proqramlar həyata keçirilə bilər. Bilirsiniz ki, süni intellektin ən vacib istiqamətlərindən biri dil texnologiyalarıdır. Üzv ölkələr bu imkanlardan istifadə edərək ortaq türk dilini inkişaf etdirə bilər. Düşünürəm ki, bu, çox önəmli addım olar. Üzv ölkələr kibertəhlükəsizlik və məlumat mübadiləsi istiqamətində də süni intellektin imkanlarından yararlana bilər”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Lənkəranda qardaşı tərəfindən bıçaqlanan şəxs xəstəxanada öldü
21:29 09.10.2025
Lənkəranda qardaşı tərəfindən bıçaqlanan şəxs xəstəxanada öldü
Azərbaycanda xanım “tiktoker”ə canlı yayımda ev hədiyyə edildi - VİDEO
21:25 09.10.2025
Azərbaycanda xanım “tiktoker”ə canlı yayımda ev hədiyyə edildi - VİDEO
Ceyhun Bayramov: Azərbaycan MDB daxilində dialoqun tərəfdarıdır
21:13 09.10.2025
Ceyhun Bayramov: Azərbaycan MDB daxilində dialoqun tərəfdarıdır
Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb
21:10 09.10.2025
Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb
Ceyhun Bayramov tacikistanlı həmkarı ilə görüşüb
20:56 09.10.2025
Ceyhun Bayramov tacikistanlı həmkarı ilə görüşüb
Türkiyə, Azərbaycan və Gürcüstanın müdafiə nazirləri üçtərəfli protokol imzalayıblar
20:44 09.10.2025
Türkiyə, Azərbaycan və Gürcüstanın müdafiə nazirləri üçtərəfli protokol imzalayıblar
Hərbi əməliyyatlara “VoMA”, ASALA və digər terror təşkilatları cəlb olunublar - MƏHKƏMƏ
20:40 09.10.2025
Hərbi əməliyyatlara “VoMA”, ASALA və digər terror təşkilatları cəlb olunublar - MƏHKƏMƏ
Mədəniyyət naziri rəisi işdən çıxardı, yerinə müavinini təyin etdi
20:22 09.10.2025
Mədəniyyət naziri rəisi işdən çıxardı, yerinə müavinini təyin etdi
Goranboyda qəza oldu - Yaralılar var
20:19 09.10.2025
Goranboyda qəza oldu - Yaralılar var
Quş qripinə görə bir sıra ölkədən malların idxalına məhdudiyyət qoyuldu
20:11 09.10.2025
Quş qripinə görə bir sıra ölkədən malların idxalına məhdudiyyət qoyuldu
İlham Əliyev dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edir - FOTOLAR
20:04 09.10.2025
İlham Əliyev dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edir - FOTOLAR
Məryəm 20 milyon qazanacaq
19:57 09.10.2025
Məryəm 20 milyon qazanacaq
Aqşin-Manaf qalmaqalı yenidən "alovlandı"  - "Yaşına hörmət edirəm, amma..."
19:39 09.10.2025
Aqşin-Manaf qalmaqalı yenidən "alovlandı" - "Yaşına hörmət edirəm, amma..."
Brüsseldə qərbi azərbaycanlıların qayıdışı  məsələləri müzakirə olunub - FOTOLAR
19:36 09.10.2025
Brüsseldə qərbi azərbaycanlıların qayıdışı məsələləri müzakirə olunub - FOTOLAR
Avropa Parlamenti Ursula fon der Leyenə etimadsızlıq təklifini rədd edib
19:26 09.10.2025
Avropa Parlamenti Ursula fon der Leyenə etimadsızlıq təklifini rədd edib
Ayan arıqlayıb 48 kiloqram oldu
19:12 09.10.2025
Ayan arıqlayıb 48 kiloqram oldu