"Süni intellekt və musiqinin vəhdəti" adlı layihəsi keçirildi - FOTOLAR

"Süni intellekt və musiqinin vəhdəti" adlı layihəsi keçirildi - FOTOLAR
SOSİAL
14:21 02.10.2025
141
Azərbaycanın ilk dəfə olaraq Balakən və Şəkidə musiqidə süni intellektin tətbiqi mövzusunda genişmiqyaslı təlim və maarifləndirmə layihəsi uğurla həyata keçirilib.

AZXEBER.COM xəbər verir ki, Mədəni Əlaqələrin İnkişafına Dəstək ictimai birliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə böyük, orta və kiçik qrant müsabiqəsi çərçivəsində qalib seçildiyi "Süni intellekt və musiqinin vəhdəti" adlı layihəsinin yaxın zamanda icrasına başlamışdı. Sentyabr ayında Balakən və Şəkidə təşkil edilən təlimlərlə bu təşəbbüs uğurla başa çatdırılIB.

İlk təlim 8-9 sentyabrda Balakən Rayon Uşaq İncəsənət Məktəbində, ikinci təlim isə 21-22 sentyabr 2025 tarixlərində Şəki Dövlət Regional Kollecində keçirildi. Təlimlərdə region musiqiçiləri və yaradıcı şəxslər süni intellektin musiqi sahəsində yaratdığı imkanlarla tanış oldular, həmçinin müasir texnologiyalar,musiqi üçün elektron dərs vəsaitlərinin aşkarlanması, musiqi ilə bağlı biznes ideyaları, startap təşəbbüsləri,  və gəlir əldə etmə yolları barədə maarifləniblər.

Layihə rəhbəri, xalq artisti Zümrüd Məmmədova bildirib ki, bu layihə regionlarda musiqiçilərin və yaradıcı şəxslərin bilik və bacarıqlarının artırılması, onların yaradıcılığının stimullaşdırılması və musiqi sənayesinin inkişafına töhfə vermək baxımından mühüm əhəmiyyət daşıyır.

Təlimləri Azərbaycan Bəstəkarlar İttifaqının "Gənclərlə iş” şöbəsinin sədri, Bakı Musiqi Akademiyasının doktorantı və elmi işçisi, bəstəkar İlahə Qismət Abdulla, eləcə də Azərbaycan Dövlət Dram Teatrının musiqi hissə müdiri, Azərbaycan Kinematoqrafçılar İttifaqının idarə heyətinin üzvü, bəstəkar Azər Hacıəsgərli keçirdilər. Onlar iştirakçılarla öz bilik və təcrübələrini bölüşərək musiqi ilə texnologiyanın vəhdətindən doğan yeni imkanları nümayiş etdirdilər.
Təlimlərin sonunda iştirakçılar musiqi mövzulu xüsusi hədiyyələrlə mükafatlandırıldılar. Bu da onların gələcək fəaliyyətinə kiçik stimul xarakteri daşıyır.
Layihə nəticəsində region musiqiçiləri müasir texnologiyaların tətbiqi ilə bağlı yeni biliklər qazandılar və musiqi sənayesinin inkişafına yönəlmiş innovativ yanaşmalarla tanış oldular. Mədəni Əlaqələrin İnkişafına Dəstək ictimai birliyi belə təşəbbüslərin regionlarda musiqi sənayesinin inkişafına böyük töhfə verdiyini qeyd edir və gələcəkdə də bu istiqamətdə layihələrin davam etdiriləcəyini vurğulayır.
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İstanbulda 5 bal gücündə zəlzələ oldu
16:09 02.10.2025
İstanbulda 5 bal gücündə zəlzələ oldu
Prezident: Azərbaycan və Ermənistan artıq sülh şəraitində yaşamağa uyğunlaşıb
16:03 02.10.2025
Prezident: Azərbaycan və Ermənistan artıq sülh şəraitində yaşamağa uyğunlaşıb
İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb
16:00 02.10.2025
İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb
Rüfət Axundov saç əkdirib - FOTO
15:56 02.10.2025
Rüfət Axundov saç əkdirib - FOTO
Dünən azadlığa çıxan prodüser xəstəxanaya yerləşdirildi
15:39 02.10.2025
Dünən azadlığa çıxan prodüser xəstəxanaya yerləşdirildi
İlham Əliyev Kopenhagendə Aİ liderləri ilə görüşdü - FOTOLAR
15:34 02.10.2025
İlham Əliyev Kopenhagendə Aİ liderləri ilə görüşdü - FOTOLAR
İlham Əliyev Meloni ilə görüşdü - FOTOLAR
15:28 02.10.2025
İlham Əliyev Meloni ilə görüşdü - FOTOLAR
Jurnalist “Birlink” internet provayderindən şikayətçidir: “Pullarım hara yoxa çıxdı?”
15:24 02.10.2025
Jurnalist “Birlink” internet provayderindən şikayətçidir: “Pullarım hara yoxa çıxdı?”
İmişlidə deputata hörmətsizlik edildi: “Bu özümə yox, dövlətin ali orqanına hörmətsizlikdir”
15:20 02.10.2025
İmişlidə deputata hörmətsizlik edildi: “Bu özümə yox, dövlətin ali orqanına hörmətsizlikdir”
“Yeni Zelandiya” yağları və balıq kürüləri ilə bağlı - XƏBƏRDARLIQ
15:15 02.10.2025
“Yeni Zelandiya” yağları və balıq kürüləri ilə bağlı - XƏBƏRDARLIQ
Tokayev Durovla görüşdü
15:07 02.10.2025
Tokayev Durovla görüşdü
Azərbaycan–İtaliya Strateji Tərəfdaşlığı: Siyasi, iqtisadi və humanitar müddəalar
15:03 02.10.2025
Azərbaycan–İtaliya Strateji Tərəfdaşlığı: Siyasi, iqtisadi və humanitar müddəalar
Saxta medal paylayan QHT sədri ilə bağlı yeni fakt – Türkmənistan prezidentinə də medal veribmiş
14:49 02.10.2025
Saxta medal paylayan QHT sədri ilə bağlı yeni fakt – Türkmənistan prezidentinə də medal veribmiş
Binəqədidə “Konstitusiya və Suverenlik İli: Təhsil və Gələcək Nəsillər” adlı təhsil konfransı keçirildi - FOTOLAR
14:48 02.10.2025
Binəqədidə “Konstitusiya və Suverenlik İli: Təhsil və Gələcək Nəsillər” adlı təhsil konfransı keçirildi - FOTOLAR
“Şəhidlik Dastanı” adlı kitab işıq üzü gördü - FOTOLAR
14:44 02.10.2025