Süni intellekt xərçəngi aşkar edə bilər

SAĞLAMLIQ
12:24 01.05.2023
400
Alimlər, həkimlər və tədqiqatçılar xərçəngi tez və effektiv şəkildə aşkar etmək üçün süni intellekt modeli hazırlayıblar.

AZXEBER.COM xəbər verir ki, alimlər, həkimlər və tədqiqatçılar tərəfindən dünyada ən çox yayılmış ölüm səbəbi olan xərçəng xəstəliyinə son qoyulması istiqamətində bir addım atılıb.

Böyük Britaniyanın Royal Marsden NHS Fondu, Xərçəng Araşdırmaları İnstitutu və London İmperial Kollecinin həkimləri, mütəxəssisləri, alimləri və tədqiqatçıları rentgen və tomoqrafiya nəticələrində "qeyri-adi böyümələri” tez aşkar edə bilən sistem hazırlayıblar.

Elm adamları, inkişaf etdirilən süni intellekt sayəsində xəstəliyin tez və erkən aşkarlana biləcəyini və xəstəliyə erkən müdaxilə edilə biləcəyini açıqlayıb. Araşdırmanın nəticələrinə görə, bu üsulun ənənəvi üsullardan qat-qat təsirli və uğurlu olduğu bildirilib.

Araşdırmada yüksək riskli xəstələrin müəyyən edilə biləcəyi bildirilib.

Ayşən

OXŞAR XƏBƏRLƏR