Süni şəkildə toyuqların çəkisini artıran sex bağlandı

SOSİAL
21:32 30.06.2020
1354
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları əldə olunan məlumat əsasında keçirdiyi reyd zamanı Siyəzən şəhəri İsmət Qayıbov küçəsi 83 ünvanında fiziki şəxs Nəsir Ramazan oğlu Əhmədova məxsus quş əti məhsullarının qablaşdırılması sexinə baxış keçirib.

AQTA-dan AZXEBER.COM-a verilən məlumata görə, baxış zamanı sexin yaşayış evinin həyətində qanunsuz fəaliyyət göstərdiyi, kəsilib təmizləndikdən sonra emal sahəsinə gətirilən toyuqların nasosa birləşdirilmiş xüsusi iynə ucluğa malik avadanlıqla daxilinə maye vurularaq çəkisinin qanunsuz yolla, su hesabına 300-350 qr artırıldığı məlum olub. 

Müəyyən edilib ki, toyuqlar yaxınlıqda yerləşən, atisanitar şəraitdə fəaliyyət göstərən toyuq kəsimi sexindən tədarük olunur. Agentliyin əməkdaşları tərəfindən qanunvericiliyin tələbləri çərçivəsində hər iki müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. 

Məhsullardan götürülən nümunələr müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyasına təqdim edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:53 06.07.2020

Koronavirus legioner həyatı yaşayan milli üzvlərimizə çətinlik yaradıb

23:44 06.07.2020

Bakıda yayılan kəskin qoxunun səbəbi açıqlandı - RƏSMİ

23:33 06.07.2020

Xaçmazda məmurun 2 yaşlı övladı hovuzda boğuldu

23:11 06.07.2020

İlham Əliyev: "Aprel döyüşləri heç kimin yadından çıxmasın"

22:50 06.07.2020

Millimizin üzvü AFFA-nın dəstəyindən danışdı: "Karyeramda yeni bir səhifə açmağa hazırlaşırdım"

22:47 06.07.2020

Prezident: "Bu gün Ermənistanda faşizm ideologiyası üstünlük təşkil edir"

22:27 06.07.2020

Dövlət başçısı: "Hətta çətin bir dövrdə 30-dan çox ölkəyə yardım göstərmişik"

22:19 06.07.2020

Prezident: "Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda görülmüş işlərə yüksək qiymət vermişdir"

22:05 06.07.2020

"Qabaqlayıcı tədbirlərin görülməsi ilə vəziyyəti nəzarətdə saxlaya bildik"

21:45 06.07.2020

Azərbaycan Prezidenti: "Əlavə xəstəxanalara ehtiyac olacaq"

21:31 06.07.2020

Bakının bəzi ərazilərini üfunət iyi bürüyüb

21:27 06.07.2020

ETSN: Qızılağac milli parkında yanğın söndürülüb

21:22 06.07.2020

“Dünən məşhur oteldə baş verən biabırçı hadisə dözülməzdir” - Prezident “Fairmont”dan danışdı

20:36 06.07.2020

Gürcüstanda məhdudiyyətlərin tətbiqi ilə bağlı müddət uzadılır

20:04 06.07.2020

Restoran və kafelərdə sıxlıq norması təsdiqləndi - YENİ QAYDALAR

19:40 06.07.2020

İnfeksionist Afət Əkbərova: “Virus aqressiv şəkildə mutasiya edir”