'Super əsgər qarışqalar' yuvalarına heç kimi buraxmır

Bütün Xəbərlər
15:15 07.01.2012
2308

elm adamları milyonlarla il əvvəldən günümüzə çatan genlərdən istifadə edərək, artıq çox nadir rast gəlinən "super əsgər qarışqa"ları çıxarmağı bacarıb. AZXEBER.COM portalının məlumatına görə, nəhəng bir baş və çənəyə sahib olan “super əsgər qarışqalar” dünyada yalnız bir neçə bölgədə nadir olaraq görülən bir növdür.

Ancaq elm adamları Nyu-Yorkun Long İsland bölgəsində olan bir koloniyadan götürdükləri sürfələrlə “super əsgər qarışqaları” çıxarmağı bacarıblar. Nəticədə koloniyada digər qarışqalara nisbətən daha nəhəng bir bədənə sahib səkkiz qarışqa təsbit edilib. Nəhəng qarışqaların milyonlarla il mövcud olan atalarının genlərini günümüzə daşıdıqları nəzərdə tutulub.

Kanadalı elm adamları nəhəng qarışqalarla eyni koloniyada yaşayan normal ölçüdəki Pheidole morrisi növünü araşdırıb və bu növün super əsgər qarışqaya çevrilməsini təmin edəcək genləri saxladığı aydın olub.

Kanadalı araşdırmaçılar antik zamanlardan qalan genlərə geri dönə bilmənin, canlılara yeni fiziki xüsusiyyətlər qazandırmaq üçün çox əhəmiyyətli bir rol oynaya biləcəyini diqqət çəkiblər.

KOLONİYA MÜDAFİƏÇİLƏRİ

Super əsgər qarışqalar çox nadir olsa da, vəhşi təbiətdə ortaya çıxa bilir. ABŞ və Meksikadakı səhra və çöllərdə çox nadir görülən nəhəng qarışqalar, koloniyalarını düşmən qarışqaların hücumlarından qoruyur. Əsgər qarışqalar nəhəng başlarından koloniyanın girişini bloka etmək və koloniyaya yaxınlaşan qarışqaları püskürtmək üçün istifadə edir.Sevil Rəsulzadə

OXŞAR XƏBƏRLƏR