Suqovuşan qəsəbəsi ərazisində yanğın başlayıb

Suqovuşan qəsəbəsi ərazisində yanğın başlayıb
HADİSƏ
21:44 07.08.2025
124
Ağdərə rayonunun Suqovuşan qəsəbəsi ərazisində hazırda davam edən şiddətli yanğın əsasən mina və partlamamış döyüş sursatları olan ərazilərdədir.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, əraziyə yanğınsöndürən briqadaları cəlb olunsa da şəxsi heyətin təhlükəli əraziyə girişi mümkün olmayıb.

Lakin yanğının yol massivi və infrastruktura zərər verməsinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları da cəlb olunub.
OXŞAR XƏBƏRLƏR