Suqovuşanda mina partladı - Ölən var

Suqovuşanda mina partladı - Ölən var
SOSİAL
22:23 18.02.2021
3577
İşğaldan azad edilmiş ərazilərdə daha bir mülki vətəndaş minaya düşüb.

AZXEBER.COM-un "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, hadisə bu gün Tərtərin Suqovuşan kəndində baş verib.

Hadisə nəticəsində Laçın rayonundan keçmiş məcburi köçkün, hazırda Tərtərin Seydimli kəndində yaşayan 1988-ci il təvəllüdlü Mahmudov Bəxtiyar Mahmud oğlu həlak olub.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR