Şura ilə Respublika Kinematoqrafçılar İttifaqı film festivalı keçirir

Şura ilə Respublika Kinematoqrafçılar İttifaqı film festivalı keçirir
MƏDƏNİYYƏT
18:21 15.11.2017
1609
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) ilə birgə Şuranın maliyyə dəstəyi ilə QHT-lərin ölkəmizin milli maraqlarının beynəlxalq aləmdə təbliği, mədəniyyətimizin və ictimai həyatın müxtəlif sahələrinin inkişafı üçün gördüyü işləri geniş ictimaiyyətə təqdim etmək məqsədi ilə Film Festivalı keçirir.
 
Bu məqsədlə Şura tərəfindən peşəkar kino mütəxəssislərinin daxil olduğu Münsiflər Heyəti yaradılıb.
 
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev Azxeber.com-a bildirib ki, bu gün Şurada Münsiflər Heyətinin iclası keçirilib. Şura sədri, deputat Azay Quliyev rəhbərlik etdiyi qurumun yarandığı dövrdən indiyədək milli maraqlarımızın qorunması və cəmiyyəti narahat edən ictimai problemlərin həlli istiqamətində həyata keçirdiyi işlər haqqında ətraflı məlumat verib. SSRİ Dövlət Mükafatı laureatı, xalq artisti, professor, Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova Şuranın təşəbbüsünün təqdirəlayiq olduğunu və Festivalın keçirilməsinin kinonun və bütövlükdə mədəniyyətin inkişafına xidmət etdiyini bildirib.
 
Şəfiqə Məmmədova cəmiyyət həyatının bütün sahələri ilə bağlı mövzularda maarifləndirmə işi aparmaq üçün kinonun çox səmərəli vasitə olduğunu vurğulayıb. Münsiflər Heyətinin sədri, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru, əməkdar incəsənət xadimi, professor, ARKİ-nin birinci katibi Cəmil Quliyev Festival çərçivəsində indiyədək görülmüş işlər haqqında məlumat verib. Qeyd edib ki, Festival cəmiyyətdə estetik zövqün, mədəniyyətin inkişafına və Şuranın maliyyə yardımı ilə icra olunan layihələr çərçivəsində görülmüş işlərin geniş ictimaiyyətə çatdırılmasına xidmət edir. O, 25 oktyabr tarixində Film Festivalı ilə bağlı elan verdiyini bildirib. Cəmil Quliyev Festivalda iştirak etmək üçün QHT-lərin müvafiq qaydada Şuraya müraciət etdiyini və Festivala 2008-2016-cı illərdə hazırlanmış 100-dən artıq film təqdim olunduğunu deyib. C. Quliyev Münsiflər Heyəti üzvlərinin fərdi qaydada hər bir filmi ayrılıqda və xüsusi forma əsasında 10 ballıq sistem üzrə qiymətləndirdiyini bildirib. Münsiflər Heyətinin digər üzvləri SSRİ Dövlət Mükafatı laureatı, əməkdar incəsənət xadimi Rafael Qəmbərov, kinoşünas Ülvi Mehdi, fəxri mədəniyyət işçisi, kinoşünas Rəşad Qasımov, kinorejissor İlqar Safat çıxış ediblər.Münsiflər Heyətinin üzvləri Festivalın keçirilməsi ilə bağlı rəy və təkliflərini bildiriblər.
 
Münsiflər Heyəti iclasda yekun tədbirin təşkili, mükafatların eskizlərinin hazırlanması və digər məsələlər haqqında yekdilliklə qərar qəbul edib.
 
Festivalın qalibləri yaxın vaxtlarda açıqlanacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
13:52 12.09.2025
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
13:33 12.09.2025
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
11:50 12.09.2025
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
11:50 12.09.2025
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
11:40 12.09.2025
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"