Şura qrant müsabiqəsinin şərtlərinə dəyişiklik edir

Şura qrant müsabiqəsinin şərtlərinə dəyişiklik edir
GƏNCLİK
18:00 02.10.2013
1493
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev növbəti ilin maliyyə müsabiqəsi şərtlərinin müzakirəsinə həsr olunmuş toplantı keçirib.
Şuranın Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov maliyyə müsabiqəsinin şərtləri haqqında məlumat verərək layihələrin qəbulu zamanı ortaya çıxan problemlərdən bəhs edib. F.Qurbanov bəzi hallarda layihəni təqdim edən təşkilatların sədrinin müəyyən olunmasında çətinliklərin meydana çıxdığını və bundan sonra hər maliyyə müsabiqəsi ili üçün Reysterdən çıxarışın tələb olunmasının vacibliyini bildirib. O, QHT-lərin Maliyyə Nazirliyinə illik hesabatlarının verilməsində də problemlərin olduğunu və bu istiqamətdə də bir sıra addımların atılmasının zəruriliyini qeyd edib.
Toplantıda QHT-lərin sosial şəbəkələrdə fəallıq səviyyəsi də müzakirə edilib. Şura sədri hazırkı dövrdə sosial medianın vətəndaşların informasiya təminatında mühüm rol oynadığını vurğulayıb. A.Quliyev növbəti ilin maliyyə müsabiqəsində QHT-lərin sosial şəbəkələrdən daha səmərəli istifadə etməsi və burada vətəndaş cəmiyyəti institutlarının fəallığının artırılması məqsədi ilə qrant müsabiqəsinin elan olunmasının zəruri olduğunu qeyd edib.
Şura sədri növbəti il elan ediləcək maliyyə müsabiqəsində iştirak etmək istəyən QHT-dən daha iki sənədin – Maliyyə Nazirliyinə illik maliyyə hesabatının təqdim edilməsi barədə arayışın və Ədliyyə Nazirliyindən Reysterdən çıxarışın tələb olunması haqda məsələnin Şuranın növbəti iclasının gündəliyinə daxil ediləcəyini bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın paytaxtında daha iki partlayış səsi eşidilib
12:44 28.02.2026
İranın paytaxtında daha iki partlayış səsi eşidilib
Netanyahu: İsrail və ABŞ İran tərəfindən mövcud təhlükənin aradan qaldırılması üzrə əməliyyata başlayıb
12:42 28.02.2026
Netanyahu: İsrail və ABŞ İran tərəfindən mövcud təhlükənin aradan qaldırılması üzrə əməliyyata başlayıb
Martın ilk gününə olan hava proqnozu açıqlanıb
12:33 28.02.2026
Martın ilk gününə olan hava proqnozu açıqlanıb
6 ay reanimasiyada qalan aktyor vəfat etdi
12:28 28.02.2026
6 ay reanimasiyada qalan aktyor vəfat etdi
KİV: Netanyahu yeraltı bunkerdə müşavirə keçirir
12:24 28.02.2026
KİV: Netanyahu yeraltı bunkerdə müşavirə keçirir
Yağıntılı və küləkli hava müşahidə olunur, qarın hündürlüyü 34 sm-ə çatıb - FAKTİKİ HAVA
12:23 28.02.2026
Yağıntılı və küləkli hava müşahidə olunur, qarın hündürlüyü 34 sm-ə çatıb - FAKTİKİ HAVA
Efir qadağasından sonra qalmaqalları "ssenari" adlandırdı - Video
12:21 28.02.2026
Efir qadağasından sonra qalmaqalları "ssenari" adlandırdı - Video
İran İsrailə raket zərbələri endirib
12:14 28.02.2026
İran İsrailə raket zərbələri endirib
Ermənilərin təxribatı ilə törədilən Sumqayıt hadisələrindən 38 il ötür
12:10 28.02.2026
Ermənilərin təxribatı ilə törədilən Sumqayıt hadisələrindən 38 il ötür
Tramp hərbi əməliyyatlardan sonra hökumətin İran xalqına təhvil veriləcəyini deyib
12:03 28.02.2026
Tramp hərbi əməliyyatlardan sonra hökumətin İran xalqına təhvil veriləcəyini deyib
SEPAH: İran hücuma yaxın saatlarda cavab verəcək
12:02 28.02.2026
SEPAH: İran hücuma yaxın saatlarda cavab verəcək
KİV: İsrail birinci mərhələdə İrana dördgünlük zərbələr endirəcək
11:57 28.02.2026
KİV: İsrail birinci mərhələdə İrana dördgünlük zərbələr endirəcək
XİN İsraildəki Azərbaycan vətəndaşlarına müraciət edib
11:56 28.02.2026
XİN İsraildəki Azərbaycan vətəndaşlarına müraciət edib
Gəncədə güclü külək uşaq bağçasının dam örtüyünü uçurub
11:56 28.02.2026
Gəncədə güclü külək uşaq bağçasının dam örtüyünü uçurub
XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırıb
11:51 28.02.2026
XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırıb
Tramp SEPAH-ı təslim olmağa çağırıb: Silahı yerə qoyun, yoxsa ölümlə üzləşəcəksiniz
11:48 28.02.2026
Tramp SEPAH-ı təslim olmağa çağırıb: Silahı yerə qoyun, yoxsa ölümlə üzləşəcəksiniz