Şuranın dəstəyilə evdə işləyən xalçaçı qadınlarla görüş keçirilib

Şuranın dəstəyilə evdə işləyən xalçaçı qadınlarla görüş keçirilib
Bütün Xəbərlər
16:38 12.11.2015
645
Xalça Dünyası Assosiasiyası İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə icra etdiyi “Xalçaçı qadınların sağlamlığının qorunması” layihəsi çərçivəsində növbəti tədbirini keçirib.
Birlikdən verilən məlumata görə, bu dəfə layihə çərçivəsində evdə işləyən xalçaçı qadınlarla görüş keçirilib.
Görüş zamanı Birliyin sədri Fatimət Ağamirzəyeva və tibb bacısı Sara Fərzəliyeva xalçaçı qadınların hansı şəraitdə işlədiklərinə baxış keçiriblər və onlara ev şəraitində işləmək üçün məsləhətlər veriblər.
Sonra çay süfrəsi arxasında F. Ağamirzəyeva xanımlara layihənin donoru və məqsədi haqqında məlumat verib.
Fatimət Ağamirzəyeva və tibb bacısı Sara Fərzəliyeva xalçaçı qadınlara sağlamlıqlarının qorunması, peşə yönümlü kiçik qəzaların aradan qaldırılması istiqamətində maarifləndirici məlumatlar veriblər. Xalçaçı qadınların ev şəraitində iş prosesi haqqında sualları cavablandırılıb. Onlara işlədikləri otağın təmiz saxlanılması, havasının gündəlik dəyişdirilməsi, otağın işıqlı olması və xalça toxunduqda texnikaya riayət edilməsi tövsiyə olunub.
Sonda tibb işçisinin məsləhəti ilə alınan tibb ləvazimatlarından hazırlanmış tibb paketləri və təyinatı üzrə hazırlanmış təlimati materiallar, metodiki göstərişlər xalçaçı qadınlara paylanılıb.
OXŞAR XƏBƏRLƏR