Suraxanıda avtomobil piyadanı vuraraq öldürüb

Suraxanıda avtomobil piyadanı vuraraq öldürüb
HADİSƏ
10:26 30.11.2024
466
Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu X. Ələkbərov küçəsində qeydə alınıb.

Tural Mahmudzadə idarə etdiyi "Ford Transit" markalı avtomobillə 1966-cı il təvəllüdlü Məmməd Səmədovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR