Suriya ermənilərinin Zəngilanın Xanlıq kəndində nə işi var? - FOTOLAR

Suriya ermənilərinin Zəngilanın Xanlıq kəndində nə işi var? - FOTOLAR
DÜNYA
12:25 04.12.2016
13879
 
Ermənistandan Suriyadan qaçan erməni ailələrinin bir hissəsini Azərbaycanın işğal altında olan ərazilərində yerləşdirdiyi məlumdur. Əslində Suriyadakı müharibənin alovları ermənilərin sıx yaşadıqları şəhər və qəsəbələri bürüyəndə dünya erməni mafiyası bunu Azərbaycanın işğal altındakı ərazilərində məskunlaşdırmanı genişləndirmək üçün füsrət kimi görürdülər və planlaşdırılırdı ki, on minlərlə erməni bu ərazilərdə məskunlaşdırılsın. 

Lakin bir tərəfdən Dağlıq Qarabağda hökm sürən iqtisadi səfalət, digər tərəfdən Qarabağ münaqişəsi zonasında son illər gərginliyin xeyli artması Suriya ermənilərini bu ərazilərdə kütləvi məskunlaşmaqdan çəkindirdi. Bununla belə bir neçə yüz erməni ailəsinin Qarabağda yerləşdirilməsi baş tutub və erməni diasporunun inanələri hesabına onlara evlər tikilib. 

Məsələn, işğal altındakı olan Zəngilan rayonunun Xanlıq kəndinin adını "işxanadzor” qoyan ermənilər bu kənddə bir neçə Suriya erməni ailəsini məksunlaşdırıblar. Və Almaniyanın "Deutschlandfunk” qəzetinin müxbiri Naomi Konrad həmin ərazilərdə olaraq Suriya ermənilərinin Azərbaycana məxsus bu ərazilərdə necə yaşadığını araşdırıb.


Jurnalist yazır ki, kəndin xarabalıqları arasında 100-ə qədər yeni tikilmiş ev gözə dəyir. Qışda bəzən günlərlə ətraf aləmdən təcrid olan kənddə Suriya erməniləri də məskunlaşdırılıb. Onlardan biri Ayk Xaçaturyan deyir ki, Suriyada həkim işləyirdi və yaraqlılar onu tutanda müsəlmanlığı qəbul etməyi tələb ediblər, əks halda başını kəsəcəklərini deyiblər. Bununla belə Xaçaturyanı bir neçə saat sonra buraxıblar və o, dərhal ailəsini də götürüb Qarabağa köçür. İndi Xaçaturyan Azərbaycan kəndində tikilmiş xəstəxanada işləyir. 

Kənddə Suriyadan və Livandan olan 20 erməni ailəsi yaşayır. Qarabağda məskunlaşdırılan suriyalı erməni ailələrinin sayı isə cəmi 100-ə yaxındır. Qəzet yazır ki, bu ilin aprelində Qarabağda döyüşlər başlayanda Suriya ermənisi Xaçaturyan da könüllülərin dəstəsində ön xəttə yollanıb. Xaçaturyan və digər Suriya erməniləri ona görə başqa suriyalılar kimi Avropaya deyil, Qarabağa qaçıblar ki, onun dediyi kimi, burada "hökumət” onlara hər cür dəstək verir, ev tikir.


İrəvandakı Qafqaz İnstitutunun  direktoru Aleksandr İsgəndəryan deyir ki, Suriya erməniləri sülh danışıqlarının nəticələrinə əsasən Azərbaycana qaytarılmalı olan ərazilərdə, yəni Dağlıq Qarabağ ətrafındakı rayonlarda məskunlaşdırılır. Ancaq onun fikrincə, Dağlıq Qarabağın özünün razılığı olmadan bu əraziləri qaytarmaq çətin məsələdir. İsgəndəryan deyir ki, Azərbaycan bu ərazilərdə məskunlaşmaya qarşı çıxır və bu aydındır. 

Dağlıq Qarabağın qondarma "baş nazirinin” köməkçisi Artak Bəyləryan isə Suriya ermənilərinin danışıqların şərtinə görə Azərbaycana qaytarılmalı olan Zəngilan rayonunda və digər ətraf ərazilərdə nədən məskunlaşdırıldığı barədə jurnalistin sualına cavab verərkən deyir ki, həmin ərazilər "Dağlıq Qarabağ respublikasına” məxsusdur. Çünki "konstitusiyada” belə yazılıb. 

"Biz hansısa regionun qaytarılması barədə danışıqlar aparmırıq”-separatçı rejimin nümayəndəsi deyir. Bəyləryan gizlətmir ki, bu ərazilərdə məskunlaşdırmaqda aparmaqda məqsəd həmin torpaqların ermənilərə məxsusluğu haqda zəmin hazırlamağa xidmət edir. "Nə qədər çox adam yaşasa deməli torpaqlar üzərində də daha çox hüquq yaranacaq”-o deyir.


Xatırladaq ki, rəsmi Bakı Ermənistanın işğal altındakı Azərbaycan ərazilərində qanunsuz məskunlaşma aparmasını beynəlxalq təşkilatlar və həmsədrlər qarşısında dəfələrlə qaldırıb. 

Görünür, Azərbaycan tərəfi bu məsələdə diplomatik fəallığı daha da gücləndirməli və birmənalı şəkildə bildirməlidir ki, mümkün hərbi əməliyyatlar zamanı mülki əhalinin hədəf alınmaması barədə öhdəlik Qarabağda qanunsuz məskunlaşdırılan ermənilərə şamil edilməyəcək. (Virtualaz.org)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilir
12:04 01.06.2025
Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilir
4 saylı cəzaçəkmə müəssisəsində məhkum qadınlar övladları ilə görüşüblər
11:41 01.06.2025
4 saylı cəzaçəkmə müəssisəsində məhkum qadınlar övladları ilə görüşüblər
DİM müxtəlif nəşrləri şəhid övladlarına hədiyyə edib
11:21 01.06.2025
DİM müxtəlif nəşrləri şəhid övladlarına hədiyyə edib
Rusiya-Venesuela Ticarət Palatasının rəhbəri Karakasda həbs edildi
10:46 01.06.2025
Rusiya-Venesuela Ticarət Palatasının rəhbəri Karakasda həbs edildi
Naxçıvanda məhkum valideynlər uşaqları ilə görüşdü
10:31 01.06.2025
Naxçıvanda məhkum valideynlər uşaqları ilə görüşdü
Ucarın elektrik yarımstansiyasında yanğın olub, bir sıra kəndlər işıqsız qalıb
10:09 01.06.2025
Ucarın elektrik yarımstansiyasında yanğın olub, bir sıra kəndlər işıqsız qalıb
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi
10:02 01.06.2025
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
23:48 31.05.2025
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
23:24 31.05.2025
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
23:14 31.05.2025
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
22:57 31.05.2025
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
22:28 31.05.2025
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
22:18 31.05.2025
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
22:06 31.05.2025
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
21:56 31.05.2025
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
21:43 31.05.2025
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb