Suriya inqilabını ABŞ maliyyələşdirir

Suriya inqilabını ABŞ maliyyələşdirir
Bütün Xəbərlər
18:32 19.04.2011
1693

«France Press» agentliyinin yaydığı xəbərə görə, aksiyaların keçirilməsinə səbəb aprelin 16-da öldürülmüş nümayişçinin dəfn mərasimi olub.

Nümayiş iştirakçıları siyasi məhbusların azad olunmasını və 1980-ci illərdə itkin düşmüş adamların taleyi barədə məlumat verilməsini tələb ediblər. Həmçinin ölkənin Aleppo, Baniyas, Cebla və Əs-Sueyda şəhərlərində də nümayişlər keçirilib. Əs-Sueyda şəhərində polis qüvvələri ilə toqquşmalar nəticəsində bir neçə nəfər xəsarət alıb. Homs şəhərində isə təhlükəsizlik qüvvələri ifrat güc tətbiq ediblər. Atəş zamanı ən azı iki adam həlak olub, onlarla adam yaralanıb. Hakimiyyət dairələri isə iddia edirlər ki, guya bu adamlar dinc etirazçılar deyil, maskalı silahlı şəxslər olublar. «Əş-Şarq Əl-Auasat» qəzetinin yazdıqlarından isə bəlli olub ki, həmin maskalı şəxslər hökumətin öz agentləridir. Dəməşq Universitetinin tələbələri bildiriblər ki, aralarında özlərini tələbə kimi qələmə verən kənar şəxslər də yer alıb. Qəzetin araşdırmaları göstərib ki, universitet Suriya xüsusi-xidmət orqanlarının agentləri ilə doludur: «Bu agentlər tələbə qismində universitetə doldurulub. Tələbələr «Facebook» ictimai paylaşma şəbəkəsində yazıblar ki, bu agentlər onlarla birlikdə dua etməyə məcbur olublar və indi onlarla birlikdə təhsil almağa da məcburdurlar. Dövlət orqanları təhlükəsizlik qüvvələrinin üzvlərini məscidlərə yerləşdirib din adamlarının kimliyini öyrənir, həmçinin öz agentlərini universitet auditoriyaları və kafelərə göndərir, sonra da iddia edir ki, «naməlum maskalı adamlar küçələrdə polislərə və hərbçilərə atəş açırlar». Ardından isə hökumət iğtişaşları xarici qüvvələrin əməli kimi təqdim edir. Son günlər Suriya şəhərlərinin küçələrində silahlı dəstələr peyda olublar və özlərini çox dikbaş aparırlar. Bu dəstələr də hökumətin agentlərindən təşkil edilib və insanların beyninə «xarici qüvvələrin təsiri» barədə fikirləri doldurmaq məqsədi güdürlər».

Bununla belə, prezident Bəşər Əsəd artıq belə oyunların sonadək uğur gətirməyəcəyni başa düşür və geriyə addımlar da atır. O, xalqa müraciətində bildirib ki, bir həftə ərzində yeni hökumət ölkədə fövqəladə vəziyyəti aradan qaldıracaq. Suriyada diktatura rejimi 48 ildir fəaliyyət göstərir və təhlükəsizlik qüvvələri praktik olaraq qeyri-məhdud səlahiyyətlərə sahibdir. Bəşər Əsəd bildirib ki, fövqəladə vəziyyət aradan qaldırılandan sonra ölkədə heç kimin etiraz aksiyaları üçün bəhanəsi qalmayacaq.

Bu arada «Wikileaks» saytının açıqladığı sənədlərdən bəlli olub ki, artıq bir neçə ildir ABŞ Dövlət Departamenti məxfi qaydada Suriya müxalifətini maliyyələşdirirmiş. Bu barədə «The Washington Post» qəzeti xəbər verib. Qəzetin Dövlət Departamentinin məxfi yazışmalarına istinadən verdiyi xəbərə görə, maliyyələşdirilən layihələrin sırasında Bəşər Əsədə qarşı kampaniya aparan və mənzil-qərargahı Londonda yerləşən «Barada» peyk televiziyası da var: ««Barada TV» Londonda yaşayan liviyalı siyasi mühacirləri birləşdirən «Movement for Justice and Development» (Ədalət və İnkişaf Naminə Hərəkat) təşkilatı ilə sıx əlaqəlidir. Amerika diplomatlarının məxfi yazışmalarından bəlli olur ki, Dövlət Departamenti 2006-cı ildə peyk televiziyasının və Suriya ərazisində başqa fəaliyyətlərin maliyyələşdirilməsi üçün bu təşkilata 6 milyon dollar yardım ayırıb.

Dövlət Departamentinin nümayəndəsi Tamara Uittes isə bildirib ki, onlar siyasi müxalifəti deyil, prinsipləri maliyyələşdirirlər və bunu davam etdirəcəklər: «Biz prinsiplər kompleksini dəstəkləyirik. Suriyada və başqa ölkələrdə öz hökumətlərindən dəyişikliklər tələb edən çoxlu təşkilatlar var. Biz də bu məqsədi paylaşırıq və onları dəstəkləməkdə davam edəcəyik».
Dövlət Departamentinin mətbuat katibi Edqar Vaskes də etiraf edib ki, onlar «Middle East Partnership» («Yaxın Şərq Tərəfdaşlığı») proqramı çərçivəsində Suriya proqramlarına 2005-ci ildən bu yana 7,5 milyon dollar vəsait ayırıblar və bu vəsaitlər vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi məqsədlərinə yönəldilib. Amma məxfi diplomatik yazışmalardan bəlli olub ki, bu məbləğ bir qədər çox - təqribən 12 milyon dollardır və «Barada TV» layihəsi də bu sıraya daxildir.

/// bizimyol qəzeti

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan Dövlət Departamentinin İranın dron hücumları ilə bəyanatını yüksək qiymətləndirib
22:36 07.03.2026
Azərbaycan Dövlət Departamentinin İranın dron hücumları ilə bəyanatını yüksək qiymətləndirib
Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib
22:33 07.03.2026
Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib
Türk dövlətləri Azərbaycan və Türkiyəyə güclü dəstəklərini ifadə ediblər
22:22 07.03.2026
Türk dövlətləri Azərbaycan və Türkiyəyə güclü dəstəklərini ifadə ediblər
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - Foto
22:15 07.03.2026
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - Foto
İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub
22:06 07.03.2026
İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub
ABŞ Dövlət Departamentindən İranın Azərbaycanı hücumu ilə bağlı - AÇIQLAMA
21:52 07.03.2026
ABŞ Dövlət Departamentindən İranın Azərbaycanı hücumu ilə bağlı - AÇIQLAMA
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
21:32 07.03.2026
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
21:16 07.03.2026
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
21:13 07.03.2026
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
21:01 07.03.2026
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
20:38 07.03.2026
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
20:27 07.03.2026
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
20:16 07.03.2026
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
19:59 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
19:48 07.03.2026
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
19:34 07.03.2026
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib