Rauf Mərdiyev"İrəli" İctimai Birliyinin sədri Son 1 ildə Suriyada baş verən olayları demək olar ki, hər gün izləyirəm. Asad rejimi və SNC fəaliyyəti, SAA və FSA mübarizəsi, qonşu ölkələrin konfliktə necə cəlb olunması, statistika, analitika və s.Artıq heç kəsə sirr deyil ki, Suriyada rejimə qarşı suriyalılardan ibarət FSA və qeyri-millət vəhabilərdən ibarət Al-Qaedanın MidEast qolu olan Al-Nusra vuruşur. Bu terror təşkilatının üzvləri arasında səudi pulu ilə vəhabiləşdirilmiş mərakeşlidən tutmuş, malayziyalıya qədər, çeçenindən tutmuş, afrikalısına qədər müxtəlif millətlərdən radikal fanatiklər var. Bunların fonunda Azərbaycan vətəndaşlarının bu konflikdə iştirakı ilə bağlı məlumatları da axtarırdım. İndiyə kimi cəmi 2 dəfə belə faktla qarşılaşmışdım. Bunların biri yerli mediada da geniş yayılmışdı - SAA tərəfindən öldürülən döyüşçülərin üstündən AZ şəxsiyyət və sürücülük vəsiqələrinin çıxması idi. İkincisi Hələbdə çəkilən bir video idi ki, orada bir qrup silahlıya işarə olunaraq ərəbcə "bunlar da azərbaycanlı qardaşlarımızdır" deyilidi.Və nəhayət ki, bir neçə gün əvvəl əldə etdiyim mücahidlərin bir videonu yekun təsdiq kimi qəbul edə bilərəm. Footage-də rus və azərbaycan dillərində danışıq eşidilir. Elavə araşdırmalardan sonra məlum oldu ki, həmin şəxslərin sayı çox deyil və onlar əsasən Qafqaz vəhabilərinin cəmləşdiyi "Ceyş muhajirin va ansar" qruplaşmasının tərkibində döyüşürlər.