Suriyada xalq hərəkatının başladığı gündən bəri 20 148 nəfər öldürülüb.
Bu barədə məlumat Suriya İnsan Hüquqları Müşahidə Missiyasının (SNHR) hazırladığı hesabatda yayılıb. Hesabatda ölənlərdən 1 499 nəfərin uşaq, 1 417 nəfərin qadın, 256 nəfərin 60 yaşından yuxarı olduğu, 697 nəfərin isə işgəncə ilə öldürüldüyü bildirilib.
Hesabatda həmçinin Humusda 6 105, İdlibdə 3 000, Hamada 2 526, Dəməşqətrafı qəsəbələrdə 2 486, Dərada 2 097, Hələbdə 1 177, Dəyruz Zorda 1 133, Dəməşqin mərkəzində 664, Ləzkiyyədə 472, Hasəkədə 138, Rakada 79, Kuneytrada 73, Tartusda 72, Suveydada 21 və əcnəbi əslli 105 nəfərin öldürüldüyü qeyd edilib.