Suriyada kimsəsiz qalan azərbaycanlı bacı-qardaşın yaxınları axtarılır - VİDEO

Suriyada kimsəsiz qalan azərbaycanlı bacı-qardaşın yaxınları axtarılır - VİDEO
SOSİAL
16:57 17.05.2022
323
Suriyada kimsəsiz uşaqlar evindəki azərbaycanlı azyaşlı bacı-qardaşın valideynlərindən illərdir xəbər yoxdur.

Bu barədə "Belə belə işlər" layihəsi süjet hazırlayıb.

Valideynlərini itirmiş Zeyd və Reyhan illərdir dəhşətli müharibənin mərkəzində yaxınlarından xəbər gözləyirlər.

Zeyd oğlanlar üçün mədrəsədə təhsil alır və həftədə bir dəfə bacısını görə bilir. Əgər onların yaxınları tapılsa, Azərbaycana gətiriləcəklər.

Ətraflı süjeti təqdim edirik:
 

OXŞAR XƏBƏRLƏR