Suriyada öldürülən azərbaycanlılardan ikisinin kimliyi məlum oldu

Suriyada öldürülən azərbaycanlılardan ikisinin kimliyi məlum oldu
Bütün Xəbərlər
11:09 31.03.2014
1113

Onlardan biri Sumqayıt, digəri isə Qubadlı sakinidir.

Suriyada öldürülən azərbaycanlılardan daha iki nəfərinin kimliyi açıqlanıb.
APA-nın əldə etdiyi məlumata görə, öldürülən azərbaycanlılar - “Abdulvahid” ləqəbli Zahid Nəsirov və “Rəbbani” ləqəbli Tamerlan Məmmədovdur. Onların hər ikisi snayperlə başından vurularaq öldürülüb.
T. Məmmədovun əslən Qubadlı rayonundan olduğu, Qarabağ müharibəsindən sonra Sumqayıtda məskunlaşdığı bildirilir.
Z. Nəsirov isə Sumqayıt şəhəri 18-ci mikrorayon sakinidir.
Mücahidlər onların fotolarını da sosial şəbəkələrdə paylaşıblar.
Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.
Bundan bir neçə gün əvvəl isə Suriyada bir gündə 12 azərbaycanlı döyüşçünün öldürüldüyü barədə məlumat yayılıb.
OXŞAR XƏBƏRLƏR