Suriyanın Hələb şəhərində dünəndən başlamış silahlı qarşıdurma gecə də davam edib. Müxalifətin nümayişinin ardınca başlayan atışma 18 nəfərin ölümü ilə nəticələnib. Qeyri-rəsmi mənbələr 64 nəfərin öldüyünü bildirirlər.Suriya hərbçiləri Meydan və Qədəm rayonlarını azad etdikdən sonra paytaxt Dəməşqdə bir qədər sakitlik əldə olunub. Lakin Kabun, Berzi, Cubar və Şaqur rayonlarında atışma davam edir. Hərbi əməliyyatlar nəticəsində Dəməşqin ucqarlarında kommunikasiya xətləri sıradan çıxıb, elektrik xətləri kəsilib.