Suriyada qan su yerinə axır

Suriyada qan su yerinə axır
Bütün Xəbərlər
11:48 04.02.2012
1291

Suriya ordusu Xoms şəhərində kütləvi qırğın törədib. 

APA-nın məlumatına görə, ordu birləşmələrinin dinc kütləyə artilleriyadan atəş açması nəticəsində ən azı 217 nəfər ölüb, 600 nəfər yaralanıb.

Suriyanın “Syrian Observatory for Human Rights” hüquq-mühafizə təşkilatının məlumatına görə, dünən Suriyanın Xama şəhərində hökumət əleyhinə üsyanın yatırılmasının 30 ili tamam olub. Üsyanın yatırılması nəticəsində on minlərlə dinc sakin öldürülüb. Bu tarixi hadisənin ildönümü ilə əlaqədar Suriyanın müxtəlif şəhərlərində aksiyalar keçirilib. Aksiyalar hökumət qoşunları ilə nümayişçilər arasında toqquşmalarla yekunlaşıb. Qeyd edək ki, Suriyada Bəşər Əsəd rejiminə qarşı aksiyalar 11 aydır davam edir. Bu müddət ərzində 6 mindən artıq dinc sakin və silahlı üsyançı, mindən artıq təhlükəsizlik xidməti əməkdaşı öldürülüb.

OXŞAR XƏBƏRLƏR