Suriya İnsan Haqları Müşahidəçi qrupunun verdiyi məlumata görə, ötən gün təhlükəsizlik qüvvələri ilə üsyançılar arasında baş vermiş sonuncu qarşıdurmalar nəticəsində isə 19-u Hələb şəhərində olmaqla azı 74 nəfər öldürülüb.
Suriya ordusu ötən gecə paytaxt Dəməşqin qərb bölgələrinə raket zərbələri endirib. Həvəskar çəkilmiş kadrlarda şəhərin bombardman olması görüntüləri yaymlanıb. Sakinlər səhərə qədər partlayış səslərinin kəsilmədiyini bildiriblər. Hələb şəhərinə atılan raket zərbələrindən biri isə yaşayış məntəqsinə tuş gəlib. Nəticədə 5 nəfər dinc sakin həyatını itirib. Müxalifət fəalları xəstəxanalarda yaralıları qəbul etməyə yerlərin olmadığını bildiriblər.
Ordu qüvvələri, eyni zamanda, Türkiyə ilə sərhəd bölgələrdə yerləşən Təl Rifət şəhərini atəşə tutub. Türkiyə tərəfindən verilən məlumatda Türkiyə qoşunlarının hər an döyüşə hazır vəziyyətdə olduğu bildirilir.
Onu da qeyd edək ki, müxalifətin iddialarına görə, artıq 18 aydır ki, 20 mindən çox insan öldürülüb. 200 mindən çox insanın isə qaçqın düşdüyü bildirilir.