Suriyanın mərkəzində müharibə gedir

DÜNYA
11:01 19.03.2012
1462
Suriyanın paytaxtı Dəməşqdə "Azad Suriya Ordusu"nun üsyançıları ilə hökumət qüvvələri arasında qızğın döyüşlər gedir. Bəşər Əsədə sadiq qüvvələrlə onun əleyhdarları arasında döyüşlər əsasən şəhərin əl-Məzzə rayonunda gedir ki, burada da ölkənin əsas təhlükəsizlik qurumlarının binaları, eləcə də hərbi aeroport yerləşir.Təhlükəsizlik qüvvələrinin Dəməşqin bəzi küçələrini bağladığı bildirilir. Dəməşqdə döyüşlər iki gün əvvəl törədilən partlayışların, eləcə də dünən Hələb şəhərində törədilən partlayışın pislənilməsi məqsədi ilə kütləvi nümayişlərdən sonra başlayıb.Dünən Dəməşqdə partlayışın 27 qurbanının dəfn mərasimindən sonra keçirilən nümayişin bəzi fəalları polis tərəfindən döyülərək həbs edilib. Həbs edilənlər arasında Bəşər Əsədlə müxalifət arasında dialoqa nail olmaq üçün Çin və Rusiyaya səfərlər etmiş müxalifət nümayəndəsi Məhəmməd Səyyid Rassas da var."Suriya insan haqları müşahidəçilər" adlı qrup dünən bütün ölkədə ikisi uşaq olmaqla, 67 nəfərin öldürüldüyünü bəyan edib. Onların raket zərbələri və artilleriya atəşi nəticəsində öldüyü bildirilir. Deyr-əz-Zor şəhərində atışmalarda 7 üsyançı öldürülüb. Raqqa şəhərində isə son 3 gün ərzində təhlükəsizlik qüvvələri azı 20 nəfəri güllələyib. Qətllərin əksəriyyəti etirazçılar Bəşər Əsədin atasının abidəsini yıxmağa çalışarkən törədilib. Təhlükəsizlik qüvvələri ilə müxalifət tərəfdarları arasında atışmalar Duma və Hələb şəhərlərində də baş verib. Hələb şəhərinin bəzi rayonlarında sakinlərin artilleriya atəşi səbəbindən öz evlərini tərk etdiyi bildirilir.

OXŞAR XƏBƏRLƏR