Suriyaya “cihad"a gedən Səbinənin atası danışdı - FOTO

Suriyaya “cihad"a gedən Səbinənin atası danışdı - FOTO
Bütün Xəbərlər
17:50 24.04.2014
5459
"Türkiyədən kömək gözləyirik, qızlarımızı yenidən görmək istəyirik”
Suriyaya “cihada qoşulmaq” getdikləri iddia edilən və Avstriya vətəndaşları olan 15 yaşlı qızlardan birinin atası məsələ ilə əlaqədar olaraq açıqlama verib.
ANS PRESS-in məlumatına görə, Səbinə Səlimoviçin atası Sabit Səlimoviç qızının qaçırıldığını söyləyib. Onun sözlərinə görə Səbinənin Suriyaya döyüşmək üçün getdiyi barəsində olan xəbərlər yalandır və o, hər-hansı bir radikal dini qrupla əlaqədə olmayıb.
Daha sonra Sabit Səlimoviç qızının Suriyaya döyüşməyə getməsi barəsində onlara məktub yazması məsələsinə də münasibət bildirib:
“Mediada yayılan xəbərlərin çoxu yanışdır. Biz ailə olaraq qızımızın harada olmasını bilmirik. Mən həmin gün işdə idim və evə gələndə vəziyyəti mənə dedilər. İndi çox ağır vəziyyət yaşayırıq. O itkin düşən zaman dərhal Vyana Hava limanına zəng vurdum. Oradan bildirdilər ki, qızım Türkiyə istiqamətində gedib. Bildiyimə görə Türkiyə hökumətinə də bu barədə məlumat verilib. Türkiyədən kömək gözləyirik. Biz qızlarımızı yenidən görmək istəyirik”.
Xatırladaq ki, bir müddət öncə Vyanada itən Türkiyə üzərindən Suriyaya getdikləri irəli sürülən Bosniya mənşəli iki gənc qızın axtarışları davam edir.
Qızların axtarışı üçün İnterpol Avstriya və türk kəşfiyyatçıları ilə bir araya gəlib.
Samra Kesinoviç (16 yaş) və Sabina Selimoviçin (15 yaş) olduğu yerləri müəyyən etmək üçün hər cür texniki imkanlıları arayan kəşfiyyatçilar bağlı olmasına baxmayaraq qızların cib telefonundan siqnal almağa çalışırlar.
Qızlara aid telefonlardan siqnal almaq üçün icra edilən texnoloji yeniliklərdən istifadə edilir. Telefonla beynəlxalq sistemlərin haralarda girildiyinə dair əldə edilən məlumatlardan, qızlardan birinə aid telefonun texniki xüsusiyyətləriylə uyğun ola biləcəyi təxmin edilən bir siqnal alınıb. Bu siqnalın Türkiyə - Suriya sərhədinin Suriya tərəfindən gəldiyi bildirilir.
Qızları axtaran İnterpol Sabina və Samraya aid olduğu iddia edilən yeni fotoşəkillər paylaşıb.
OXŞAR XƏBƏRLƏR