Öz ailəsinə, xüsusilə atasına müraciət edən görüntünün baş “qəhrəman”ı vəziyyətlərinin yaxşı olduğunu, hətta xaraba qoyduqları ərazilərdə pulsuz evə sahib olduqlarını söyləyir
Suriyada “İŞİD” terrorçularına qoşulan azərbaycanlı vəhhabilərin yeni videosu yayılıb. Kadrlardan görünən budur ki, həm lentə alan, həm də çıxış edən azərbaycanlı vəhhabilərdir.
AZXEBER.COM “Azadxeber.az” saytına istinadən xəbər verir ki, öz ailəsinə, xüsusilə atasına müraciət edən görüntünün baş “qəhrəman”ı vəziyyətlərinin yaxşı olduğunu, hətta xaraba qoyduqları ərazilərdə pulsuz evə sahib olduqlarını söyləyir. Terrorçu vəhhabi çıxışının sonunda “papa”sına səslənərək ondan yanlarına gəlməsinə istəyib. O bildirib ki, atası bunun üçün Elnur adlı şəxsə müraciət etməlidir.