AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oktyabrın 9-da saat 18.00 radələrində Beyləqan rayonu Kəbirli kəndinin ərazisində Ağcabədi rayon sakini Xaliq Səfərov idarə etdiyi “VAZ-2107” markalı avtomaşını aşırıb.Hadisə nəticəsində sərnişinlərindən xəsarət almış Aidə Məmmədova hadisə yerində ölüb. Digər sərnişini Güllü Qasımovaya isə xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra evə buraxılıb.Faktla bağlı Beyləqan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.