Sürücülər bu xəbəri mütləq oxusun!

Sürücülər bu xəbəri mütləq oxusun!
Bütün Xəbərlər
17:08 21.09.2012
1990
Sabah ölkəmizdə futbol üzrə U-17 qadınlararası dünya çempionatı start götürəcək. AZXEBER.COM-un məlumatına görə, dünya birinciliyi oktyabrın 12-dək davam edəcək. Yarış Azərbaycanda keçiriləcək ilk FIFA tədbiri olacaq və Avrasiyada baş tutacaq ilk U-17 qadınlararası dünya çempionatıdır. FIFA U-17 Qadınlararası Dünya Çempionatının oyunları Bakı və Lənkəran şəhərlərində keçiriləcək. Çempionat üçün 6 stadion ayrılıb. Bunların beşi Bakı şəhərində, biri isə Lənkəran şəhərində yerləşir.Dünya çempionatında ev sahibi Azərbaycan yığması da daxil olmaqla 16 komanda iştirak edəcək. Bunlar Yaponiya, Şimali Koreya, Çin, Nigeriya, Qana, Qambiya, ABŞ, Kanada, Meksika, Braziliya, Uruqvay, Kolumbiya, Yeni Zelandiya, Fransa, Almaniya və Azərbaycan milliləridir. Artıq dünya çempionatında iştirak edəcək bütün komandalar Bakıdadır.Qeyd edək ki, dünya çempionatının açılış oyununda dünya şöhrətli müğənni Cennifer Lopez, dörddə bir final oyununda Rianna, oktyabrın 13-ü, saat 19:30-da, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək final oyununda isə Şakira iştirak edəcək.FİFA prezidenti də ölkəmizdə start götürəcək 17 yaşlı qızlar arasında dünya çempionatı ilə bağlı danışıb. “Bu dünya çempionatı FİFA üçün qadın futbolunu inkişaf etdirmək yönündə mühüm addımdı. Həm də ona görə ki, çempionatın keçirildiyi ölkənin mədəniyyəti digər dövlətlərdən fərqlənir. Amma futbol oyunu bütün mədəniyyətlər üçün açıqdı. Bu çempionat xüsusi olacaq. Çünki ölkə prezidenti İlham Əliyev bu mundialın Azərbaycanda keçirilməsi üçün xüsusi diqqət nümayiş etdirir. Sabah çempionatın möhtəşəm açılış olacaq. Qadın dünya çempionatlarında hələ belə açılış olmayıb”.
OXŞAR XƏBƏRLƏR