Sürücülər çətin vəziyyətdə: yol dar, hərəkət intensiv - VİDEO

Sürücülər çətin vəziyyətdə: yol dar, hərəkət intensiv - VİDEO
SOSİAL
00:37 12.08.2026
200
Suraxanı rayonunda Xığ şosesini Hövsan yaşayış kompleksi və Hövsan qəsəbəsi ilə birləşdirən yolun dar olmasi sürücülərə çətinlik yaradır.

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, intensiv hərəkətin olduğu yol gediş və gəliş üçün cəmi iki zolaqdan ibarətdir. Avtobus dayanacaqlarında xüsusi ciblərin, yol boyu isə nəqliyyat vasitələrinin dayanması üçün çiyinin olmaması vəziyyəti daha da çətinləşdirir. Avtobus dayanan zaman arxadakı avtomobillər ya gözləməli, ya da ötüb keçmək üçün qarşı zolağa çıxmalı olurlar.

Sürücülər yolun genişləndirilməsini istəyirlər.

Nəqliyyat vasitəsində nasazlıq yarandıqda sürücü avtomobili yolun hərəkət hissəsində saxlamağa məcbur olur. Bu isə zolağın bağlanmasına və arxada sıxlığın yaranmasına səbəb olur.

Əsas çətinliklərdən biri də avtobus dayanacaqlarında yaranır. Xüsusi ciblər olmadığından sərnişin mindirib-düşürmək üçün dayanan avtobus hərəkət zolağını tam bağlayır. Arxadan gələn sürücülər ya avtobusun hərəkətə başlamasını gözləyir, ya da onu ötüb keçmək üçün əks hərəkət zolağına çıxırlar.

Yaxın aylarda bu istiqamətdə hərəkət intensivliyinin daha da artacağı gözlənilir. Çünki 15 yaşadək oğlanlar arasında futbol üzrə dünya çempionatı və festivalının oktyabr ayında Hövsan ərazisində keçirilməsi nəzərdə tutulur. Yarış günlərində futbolçuların, nümayəndə heyətlərinin və digər iştirakçıların əraziyə gəlişi yolun hərəkət yükünü artıra bilər.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən yolun eni əlavə zolaqların təşkilinə imkan vermir.

Qanunvericiliyə əsasən, ərazidə sürətli yol olmadığına və son dayanacaq yerləşmədiyinə görə "cib" tipli avtobus dayanacağının təşkili məqsədəuyğun  deyil. Yolda ötmə imkanları mövcuddur. Bu səbəbdən avtobuslardan minib-düşmə zamanı ciddi ləngimə müşahidə edilmir.

OXŞAR XƏBƏRLƏR