Sürücülərə daha bir şad xəbər

Sürücülərə daha bir şad xəbər
Bütün Xəbərlər
12:03 01.11.2012
1181
Bakıda avtomobil yolu genişləndirilir. “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin verdiyi məlumata görə, Zabrat-Maştağa-Buzovna yolunun yenidən qurulması işlərinə başlanılıb. Yenidənqurma işləri prezident İlham Əliyevin imzaladığı “Bakı şəhərinin və onun qəsəbələrinin sosial iqtisadi inkişafına dair əlavə tədbirlər haqqında” sərəncama uyğun olaraq aparılır.Yolun ümumi uzunluğu 14 km olacaq. Yolun Zabratdan Maştağaya qədər olan 5 km hissəsi 6 zolaqlı, Maştağadan Buzovnaya qədər olan 9 km hissəsi 4 zolaqlı olacaq.
OXŞAR XƏBƏRLƏR