Bu barədə AZXEBER.COM-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, yolun istismar müddətində deformasiyaya uğramış hissələrinin bərpası və nəqliyyatın təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə ərazidə kompleks tədbirlər həyata keçirilib.
Aparılan işlər çərçivəsində yolun texniki göstəricilərinin yaxşılaşdırılması, nəqliyyat vasitələrinin daha rahat və təhlükəsiz hərəkətinin təmin olunması əsas prioritet olub. Yenilənmiş yol hissəsi həm sürücülərin rahat gediş-gəlişinə, həm də ərazidə nəqliyyat axınının fasiləsiz təşkilinə imkan yaradıb.











































