Bakıda daha bir yol açıldı.AZXEBER.COM-un Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi xəbərə görə, Səməd Vurğun küçəsinin Məhəmməd Füzuli küçəsi ilə kəsişməsindən Şəmsi Bədəlbəyli küçəsi ilə kəsişməsinə qədər olan hissəsində təmir-tikinti işləri başa çatdığından yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.Eyni zamanda, Məhəmməd Füzuli küçəsinin Bülbül prospekti ilə kəsişməsindən Səməd Vurğun küçəsi ilə kəsişməsinə qədər olan hissəsi yenidən sürücülərin ixtiyarına verilib.