Sürücülərə xəbərdarlıq: - Əsas yollardan biri bağlandı

Sürücülərə xəbərdarlıq: -  Əsas yollardan biri bağlandı
Bütün Xəbərlər
11:39 28.04.2014
1043

Saat 11:00-dan etibarən şossedə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırıldı

Binəqədi şossesində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırıldı.
AZXEBER.COM-un Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 11:00-dan etibarən, Binəqədi şossesində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırıldı.
Təmir işlərini “Azəryolservis” ASC həyata keçirir.
Qeyd edək ki, bu gün səhər saatlarında Bakının ən böyük prospektlərindən biri olan "Nobel" prospektində uzun tıxac yaranıb. Tıxac "Nargilə" kafesinin yanından başlayıb.
OXŞAR XƏBƏRLƏR