Yaxın vaxtlarda Azərbaycanda sürücülər yol polisinə icbari sığortanı təqdim etməkdən azad olacaqlar. Bu barədə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov məlumat verib. Onun sözlərinə görə, artıq qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi üçün təkliflər hazırlanıb və hökumətə təqdim olunub.