Sürücüləri soyan avtosalonlar

Sürücüləri soyan avtosalonlar
Bütün Xəbərlər
12:32 16.11.2015
1143
Paytaxtda avtomobilini təmir etdirmək istəyən sürücülər zəmanət adı altında avtoservislər tərəfindən aldadılır.
AZXEBER.COM  anspress-ə istinadən xəbər verir ki, adi bir avtomobil təmiri sexində mühərrikin yağını dəyişdirmək istəyən şəxs həmin yağa 45 manat, xidmət haqqına isə 10-15 manat ödədiyi halda, həmin yağdəyişmə prosesi avtoservislər tərəfindən 70-80 manata həyata keçirilir. Şübhəsiz ki, bu da vətəndaşları narazı salır.
Şəhər sakini Fərman Kərimov da salondan avtomobilini zəmanətlə alsa da, təmiri ona baha başa gəldiyini deyir. Onun sözlərinə görə, bir müddət əvvəl özünə 2 illik zəmanətlə xarici model avtomobil alıb. Lakin zəmanətin şərtləri hazırda onu heç də qane etmir:
"Avtoservisdə avtomobilin cüzi bir detalını da dəyişdirmək çox bahadır. Maşını alarkən mənə mühərrikin yağını 5 min kilometr tamam olduğu zaman avtomobili satan şirkətin servisinə gedərək dəyişdirməyimi tapşırdılar. Mən də servis mütəxəssisindən: "kilometraj 5 mini keçsə, zəmanət əsasında yağı dəyişməyəksiniz?" sualıma, servisdən "dəyişdirilməyəcək" cavabı verildi. Bir məqam da odur ki, mən başqa bir məntəqədə avtomobilin hansısa detalını dəyişsəm, zəmanət ləğv ediləcək. Servisdə təmir isə mənə sərf etmir. Çünki adi bir avtomobil təmiri sexində 400 manata başa gələn bir təmir işi, servisdə 800-900 manata görülür".
Şəhərdə baş çəkdiyimiz adi avtomobil təmiri məntəqələrinin ustaları da avtoservislərdə qiymətlərin baha olduğunu dedilər. Avtomobil təmiri ilə məşğul olan Zaur Məmmədov deyir ki, servisdə maşın təmir etdirənlər daha çox imkanlı təbəqənin nümayəndələridir:
"İmkanı yaxşı olan şəxslər də bilir ki, servislərdə qiymətlər daha yüksəkdir. İnsanların həmin servislərə üz tutmasına səbəb odur ki, həmin məntəqələr bizim iş yerimizdən daha təmizdir, səliqəlidir. Servislərdə sürücü maşını aparıb ustalara təhvil verir və avtoservisin ona təklif etdiyi çayı içir. Həmin müddətdə isə avtomobil təmir edilir. Bizim isə elə bir imkanımız yoxdur. Ancaq düşünürəm ki, gördüyümüz işlər arasında fərq yoxdur. Qiymət isə sözsüz ki, nəzərə çarpacaq qədər fərqlidir".
Avtoservislərdə isə qiymətlərin baha olması ilə razılaşmırlar. Tanınmış avtoservislərdən birinin administratoru deyir ki, onların təklif etdiyi qiymətlər o qədər də yüksək deyil:
"Biz bunu qəbul edirik ki, qiymət fərqi var. Ancaq bu, sürücülərin dediyi qədər də çox deyil. Görülən işin bir az baha başa gəlməsinə gəlincə isə, ona səbəb də bizim ehtiyat hissələrimizin keyfiyyətinin üstün olması və görülən işə zəmanət verməyimizə görədir."
Yuxarıda sadaladığımız hallarda zəmanətin ləğv edilməsinə gəlincə, rəhbər şəxs "biz bununla avtomobilə yad ustaların müdaxiləsininin qarşısını almaq məqsədi güdürük. Ona görə də sürücülər qarşısında belə bir şərt irəli sürürük" deyib.
Hüquqşünas və yol hərəkəti qaydalarının şərhçisi Ərşad Hüseynov deyir ki, avtomobil satışı ilə məşğul olan salonlar bəzən öz mövqelərindən sui-istifadə edirlər. Onun sözlərinə görə, zəmanət müqaviləsində zəmanətin bütün şərtləri əks etdirilməli və sürücüyə izah olunmalıdır.
"Əgər şərtlər sürücünü qane etmirsə o, müqaviləni bağlamamalıdır. Zəmanətin hansı hallarda pozula biləcəyi dəqiq göstərilməlidir. Əgər zəmanətin pozula biləcəyi hallar müqavilədə konkret şəkildə göstərilməyibsə, heç kim sürücüyə hansısa detalı dəyişdirdiyi üçün zəmanətin pozulduğunu deyə bilməz. Burada digər bir məsələ, zəmanət müqaviləsində hansısa xidməti məhz həmin avtoservisin göstərəcəyi qeyd edilə bilməz. Müqavilədə şərtlər qanunauyğun və qarşılıqlı razılaşma şəklində həyata keçirilməlidir. Hazırda isə müqavilənin əksəriyyəti birtərəfli olduğu üçün avtoservislər də istədiyi qiyməti qoyurlar".
Xarici ölkələrdə isə sürücülərə avtomobil təmiri ilə bağlı fərqli təkliflər irəli sürülür. Qonşu Türkiyədə maşın alanlara verilən zəmanət kitabçasındakı şərtlərdə göstərilir ki, sürücü avtomobilində dəyişdirilməsi vacib olan detalını istədiyi yerdə və istənilən zaman dəyişdirə bilər. Avtomobil şirkəti buna görə zəmanəti poza bilməz. Çünki müqavilədə bütün şərtlər öz əksini tapıb.
Ölkəmizdə isə şərtləri qoyan tərəf avtomobil salonları olduğu üçün istədikləri zaman müqaviləni poza bilirlər. Avtomobil alanların isə bütün bu problemlərdən yaxa qurtara bilməsi üçün əsas çıxış yolu kimi imzalanacaq müqavilənin diqqətlə oxunulması, orada qeyd olunan şərtlərin sizin hüquqlarınıza zidd olduğu təqdirdə imzalamaqdan imtina edilməsi göstərilir. Çünki sonra bu şərtlərdən əziyyət çəkən və uduzan tərəf yalnız siz olursunuz.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
18:54 31.07.2025
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
18:34 31.07.2025
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
18:26 31.07.2025
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
18:23 31.07.2025
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
18:12 31.07.2025
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
18:11 31.07.2025
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
18:00 31.07.2025
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
17:59 31.07.2025
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
17:51 31.07.2025
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
17:50 31.07.2025
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
17:46 31.07.2025
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
17:33 31.07.2025
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
17:30 31.07.2025
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
17:29 31.07.2025
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
Dövlət Xidməti: Çoxuşaqlı analara əlavə məzuniyyət verilməsində pozuntu halları çoxdur
17:15 31.07.2025
Dövlət Xidməti: Çoxuşaqlı analara əlavə məzuniyyət verilməsində pozuntu halları çoxdur
Pezeşkian: Ölkəmizdə ciddi su böhranı var
16:48 31.07.2025
Pezeşkian: Ölkəmizdə ciddi su böhranı var