Bu gecə Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Hüseyn Cavid prospekti ilə Əbdürrəhim Bəy Haqverdiyev küçəsinin kəsişməsində meydana gəlib. Qəza nəticəsində iki minik maşını – “Mercedes” və “Nissan” markalı avtomobillər toqquşub.
Məlumata görə, qəzadan əvvəl avtomobillər ayrı-ayrı istiqamətlərdə hərəkət edirmişlər. Onlardan biri Hüseyn Cavid prospektilə, digəri isə Haqverdiyev küçəsilə yol ayrıcına doğru yaxınlaşıb və onların bir-birinə yol verməməsi qəzaya səbəb olub.
Faktla bağlı Bakı şəhər Baş Dövlət Yol Polisi idarəsinin müfəttişləri araşdırma başladıb. Əarzinin müayinəsini aparan polis əməkdaşları avtomobillərdən birinin işıqforun qırmızı işığının tələbini pozduğunu da istisna etmir. Bunu isə təyin ediləcək avtotexniki ekspertiza göstərəcək.
Qeyd edək ki, qəza nəticəsində xəsarət alan olmayıb.