Sürücülərin nəzərinə - Bu yollar bağlandı

Sürücülərin nəzərinə -  Bu yollar bağlandı
Bütün Xəbərlər
10:25 16.11.2015
855
Bakının bəzi küçələrində hərəkət tam məhdudlaşdırılıb.
NİİM-dən AZXEBER.COM -a verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq Ramiz Quliyev küçəsində nəqliyyat vasitələrinin hərəkəti hər iki istiqamətdə tam məhdudlaşdırılıb. Sürücülərə alternativ olaraq Süleyman Əhmədov küçəsindən və Gəncə prospektindən istifadə etmələri tövsiyə olunur.
Bundan əlavə, Mikayıl Əliyev küçəsinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsində yerləşən dairədə təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb. Sürücülərə alternativ olaraq Qara Qarayev prospekti və Bəkir Çobanzadə küçəsindən istifadə etmələri tövsiyə olunur.
OXŞAR XƏBƏRLƏR