Sürücülərin nəzərinə: - Cərimələr artırıldı

Sürücülərin nəzərinə: - Cərimələr artırıldı
Bütün Xəbərlər
17:25 20.06.2014
2920
Hüquqi şəxslər 150 manatdan 200 manatadək miqdarda cərimə ediləcək.
İcbari sığorta müqaviləsi bağlamayanlara qarşı cəzalar sərtləşdirilir. Belə ki, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib.
AZXEBER.COM Modern.az-a istinadən xəbər verir ki, Məcəllənin 253-1.2-ci və 253-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, icbari sığorta qanunvericiliyinə əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 10 manat, vəzifəli şəxslər 60 manatdan 80 manatadək, hüquqi şəxslər 150 manatdan 200 manatadək miqdarda cərimə ediləcək.
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə, fiziki şəxslər 500 manat miqdarında, vəzifəli şəxslər 1500, hüquqi şəxslər 5000 manat miqdarında cərimə ediləcək.
“İcbari sığortalar haqqında” Qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 50 manat miqdarında, vəzifəli şəxslər 100 manat miqdarında, hüquqi şəxslər 300 manat miqdarında cərimə ediləcəklər.
OXŞAR XƏBƏRLƏR