Sürücülərin nəzərinə: - Mərkəzi küçələrdən biri bağlanır

Sürücülərin nəzərinə: -  Mərkəzi küçələrdən biri bağlanır
Bütün Xəbərlər
11:59 24.04.2014
723
Bakının mərkəzində bir neçə küçədə hərəkət məhdudlaşdırılacaq.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, yolun hərəkət hissəsinin üfüqi nişanlanması işlərinin aparılması ilə əlaqədar bu gün saat 22:00-dan etibarən, Neftçilər prospektində (Azneft dairəsindən "Dalğa Plaza"ya qədər), 
Nizami Gəncəvi və Ələddin Quliyev küçələrində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
İşlərin bu gecə başa çatdırılması planlaşdırılır.
OXŞAR XƏBƏRLƏR