Səhər saat 09.00-dan.
Azərbaycanda “Tour d'Azerbaidjan” beynəlxalq velosiped turunun keçirilməsi ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, may ayının 7-də saat 09.00-dan mayın 11-i saat 11.00 qədər Bakıda keçiriləcək “Tour d'Azerbaidjan” beynəlxalq velosiped turunda iştirak edən velosipedçilərin və tamaşaçıların təhlükəsizliyini təmin etmək məqsədilə Neftçilər, Nobel, Heydər Əliyev, Bülbül, Parlament prospektlərində, Yusif Səfərov, Üzeyir Hacıbəyli, Puşkin, Landau, Bakıxanov, Səməd Vurğun, Şəmsi Bədəlbəyli küçələrində, eləcə də Dövlət Bayrağı Meydanından Dairəvi yol və Nobel prospekti – Zığ şosesi istiqamətlərində nəqliyyatın hərəkəti fasilələrlə məhdudlaşdırılacaq.