Sürücülərin nəzərinə: Sabah bu yol bağlı olacaq

Sürücülərin nəzərinə: Sabah bu yol bağlı olacaq
Bütün Xəbərlər
13:04 20.03.2015
1247

Alternativ yol göstərilib.

Bakıda daha bir yol təmir olunur.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibliyindən verilən məlumata görə, bu gün səhər saatlarından Yusif Səfərov küçəsinin Baş Polis İdarəsinin qarşısından Heydər Əliyev prospektinin köməkçi sahəsinə qədər olan gediş-gəliş hissəsində təmir işlərinə başlanılıb.

Təmir çərçivəsində asfalt-beton örtüyünün üst qatının yenilənməsi və genişləndirilmə işləri həyata keçiriləcək.

Göstərilən işləri nəzərə alaraq martın 21-i səhər saat 08:00-dan etibarən Babək prospektindən və Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə nəqliyyatın hərəkəti dayandırılacaq.

OXŞAR XƏBƏRLƏR